Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələrinə dövlət qayğısı yüksək səviyyədədir.

Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasətin həyata keçirildiyi heç kimə sirr deyil. Ümumiyyətlə, sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir.
Bu xüsusda Prezident İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı Fərman bu mənada xüsusi qeyd edilməlidir. Fərmana əsasən, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılaraq 1300 manata çatdırılması olduqca təqdirəlayiqdir. Bu Fərman respublikamızda Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən yüksək qayğının növbəti ifadəsidir. Bu kateqoriyadan olanlar hər zaman yüksək dövlət qayğısı ilə əhatə olunublar. Milli Qəhrəmanlara, onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının miqyası kifayət qədər böyükdür. Milli Qəhrəmanların, müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən sağ Milli Qərəmanlar və onların ailəri tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.-
Məhz sonuncu Fərman da elə bu baxımdan çox böyük razılıq yaradıb. Milli Qəhrəmanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün daimi işlər görülür.
Bildiyimiz kimi 26 noyabr 2020-ci il tarixli Qanunla təsis edilən “Vətən Müharibəsi Qəhrəmanı” adının ölkəmizin ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə bir qrup hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyini, 30 dekabr 2020-ci il tarixli fərmanla isə onlara Prezidentin təqaüdünün (aylıq məbləği 2 000 manat) təsis edildiyini bildirib.
Bu yüksək qayğının davamı olaraq, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” sərəncamına əsasən bu kateqoriyadan olan şəxslərin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatına başlanıb. Bu gün həmin vətəndaşlardan daha bir qrupu mənzillə təmin edilir.
Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub.
Vətən Müharibəsi Qəhrəmanları və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların ailə üzvləri dövlət başçısı tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmalarından daim razılıq hisslərini ifadə edirlər. Bu həssas təbəqələrə göstərilən hərtərəfli qayğıya, biz də təşkilatımız adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Biz təşkilat olaraq qarşıdan gələn, 7 fevraldakı növbədənkənar prezident seçkilərində fəal iştirak etməyi planlaşdırırıq. Təbiidir ki, öz namizədimizi də müəyyən etmişik. Bu, qalib ölkənin, qalib lideri – cənab İlham Heydər Oğlu Əliyev cənablarıdır!
Elşən Uluxanlı,
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri
Dialoq.az
Dün, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
Dün, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA