Kərəm Mustafayevdən ən son xəbər. Prokurorluq bu faktları araşdırıb, cinayət işi açmalıdır.

"Gündəlik Naxçıvan"a istinadən Dialoq.az xəbər verir ki, Naxçıvan Ordusundakı korrupsiya, rüşvət və mənimsəmə ilə bağlı iddialar ictimailəşdikdən sonra, XTQ hərbçisi Aqil Teymurbəyli Hərbi Prokurorluğa dəvət olunub. Bu haqda „Gündəlik Naxçıvan“a onun özü məlumat verib. Lakin, döyüşçünün izahatı alınsa da, prokurorluq əməkdaşları ona heç bir tədbir görə bilməyəcəklərini bidiriblər.
Şuşa döyüşlərinin iştirakçısı Aqil Teymurbəyli deyir ki, öncə onu Naxçıvan Hərbi Prokurorluğuna dəvət ediblər. Bakıda olduğunu bildikdən sonra isə, işi Azərbaycan Hərbi Prokurorluğuna yönləndiriblər:
“Bakıda izahatımı yazıb, bütün lazımı dəlilləri də ortalığa qoydum. Lakin, dedilər ki, biz bu məsləyə qarışa bilmərik, məhkəməyə müraciət elə. Ortada cinayət əməli ilə bağlı konkret dəlillər var, prokurorluq bu faktları araşdırıb, cinayət işi açmalıdır. Bu mülki, yaxud inzibati işdir ki, birbaşa məhkəməyə müraciət edim? Burada söhbət canını vətən torpğının azadlığı üçün fəda edən, zəfəri xalqımıza yaşadan yüzlərlə hərbiçiyə qarşı edilmiş cinayətdən, korrupsiya və mənimsəmədən gedir. Araşdırmanı da prokurorluq aparmalıdır. Təəssüflər olsun ki, araşdırmaq, cinayət işi açmaq əvəzinə məni məhkəməyə yönəldirlər. Sonra dedilər ki, biz təəssüf edirik ki, Naxçıvanda döyüşçülərə qarşı bu cür haqsızlıqlar və özbaşınalıqlar edilir, lakin, təəsüf ki, heç nə edə bilmirik“.
Aqil Teymurbəyli haqqını əldə edənə kimi mübarizə aparacağını bildirir.
Naxçıvan Ordusundakı korrupsiya, hərbçilərin pullarının mənimsənilməsi və digər qanunsuzluqlarla bağlı mətbuatda tez-tez məlumatlar dərc olunur. Bu cür qanunsuzluqlara ən çox məruz qalanlar isə, İkinci Qarabağ Müharibəsində fəal iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərdir. Şikayətçi hərbçinin atası Kamran Teymurbəyli xüsusi təyinatlıların pullarının necə və hansı yollarla ələ keçirilməsini „Gündəlik Naxçıvan“a ötən həftəki müsahibəsində, faktlarla izah etmişdi. O bildirirdi ki, son üç il ərzində təkcə onun oğluna çatacaq 20 min manata yaxın pul mənimsənilib. Bu cür hərbçilərin sayı isə, yüzlərlədir.
İkinci Qarabağ Müharibəsində Füzulidən Şuşaya kimi döyüşən Aqil Teymurbəyli müxtəlif orden və medallarla təltif olunub.
Dialoq.az
Bugün, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
Bugün, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
10-09-2026, 21:29
Ağdaşda tövlə yanğını: alov elektrik xəttinə də ziyan vurdu
10-09-2026, 14:14
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
10-09-2026, 00:12
Yevlax 1 saylı Mediasiya Təşkilatı 2026-cı ilin ötən 8 ayı ərzində yüzlərlə mübahisədən, onlarla barışıq əldə edib. - RƏSMİ AÇIQLAMA