Zabitlərin kirayə pullarına qarşı növbəti təxribat! Yüzlərlə zabit məhkəməyə üz tuta bilər!
Siyasət
Oxunub: 3 020
2 May 2023 | 16:10
Zabitlərin kirayə pullarına qarşı növbəti təxribat! Yüzlərlə zabit məhkəməyə üz tuta bilər!
Bir vaxtlar zabit olmaq üçün "öz arzusu ilə" hərbi məktəblərə üz tutub uşaqlığını, gəncliyini bu yolda fəda edən, 20 il və daha artıq ordu sıralarında xidmət edib "Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndi ilə, yəni sadə dildə desək bir zabit kimi dövlət qarşısında borcunu yerinə yetirdikdən sonra "öz arzusu ilə" ordu sıralarından tərxis olanların kirayə pullarının kəsilməsi faciədir! Məsələnin əsas mahiyyətinə diqqət edək! Deməli 14 yaşında "öz arzun ilə" Vətən üçün gələcəyin zabiti olmaq arzusuna düşmək olar, ancaq qanunla 20 il Vətən qarşısında xidmət edib "öz arzunla" ehtiyata çıxmaq olmaz! Üstəlik hələ ölkənin çətin anında, müharibə zamanı deyirlər gəl get döyüş! Deyəndə ki, 20 il xidmət etdiyimə görə məni mənzillə təmin edin, deyirlər ən azı 10 il mənzil növbəni gözlə, deyirsən yaxşı gözləyirəm, onda kirayə pulumu ödə gedim kirayədə yaşayım, deyirlər sənə kirayə pulu düşmür! Görürsünüzmü arzudan-arzuya nə qədər fərqlər var?!
Son günlərdə ehtiyatda olan zabitlərin aylıq kirayə pullarının kəsilməsi yüzlərlə ehtiyatda olan zabitin ciddi narazılığına səbəb olub. Belə ki, Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə əsasən 20 il Azərbaycan Ordusunda xidmət etdikdən sonra hər bir zabit pensiya və mənzil hüququ qazanmaqla "öz arzusu ilə" ehtiyata çıxa bilər. Bu hər bir zabitin qanunla müəyyən edilmiş hüququdur. Lakin, burada xüsusi bir məqam var. Hər bir kadr zabit sözügedən maddəyə əsasən ordu sıralarından tərxis olmaq üçün ən azı 10 il xidmət etməlidir (kadr zabit ordu sıralarında 10 il xidmət etməmiş tərxis olmaq arzusuna düşə bilməz). 10 il xidmət etdikdən sonra zabit öz arzusu ilə yəni 156-cı maddənin "j" bəndi ilə ehtiyata çıxarsa ona nə pensiya düşür, nə mənzil, nə də kirayə pulu (bura xəstəlik və digər hallar aid deyil). Ancaq, zabit 10 il yox, 20 il xidmət edib eyni maddə ilə yəni 156-cı maddənin "j" bəndi ilə ehtiyata çıxarsa ona həm dövlət tərəfindən qanunla mənzil düşür, həm də pensiya! Belə olan halda əgər zabit 20 il qüsursuz xidmətdən sonra pensiyaya çıxıbsa ya dövlət həmin zabitə dərhal mənzil təqdim etməlidir, ya da növbə ilə mənzil verənə kimi kirayə pulu verməlidir, bu dövlətin öz zabiti qarşısında götürdüyü öhtəliyidir. Yəqin ki, hər kəs sadə məntiqi başa düşdü!
İndi keçək məsələnin ikinci hissəsinə! İndi gəlin görək nələr baş verir? Deməli, ilkin məlumatlara görə rayon icra hakimiyyətlərinə məktub göndərilib ki, konkret olaraq hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən ordu sıralarından tərxis olan zabitlərin hamısının kirayə pullarını kəsin! Ancaq, başa düşmürlər ki, 20 il Azərbaycan Ordusunda xidmət edib 156-cı maddənin "j" bəndi ilə tərxis olan zabitin qanunla dövlətdən mənzil almaq hüququ var. Zabitin yaşamaq üçün mənzili yoxdursa zabit harada yaşamalıdır?! Sadə dildə desək hansısa şəxsi maraqlara görə orduda 10 il xidmət edən zabitlərlə (hansı ki, onların mənzil, pensiya hüququ yoxdur. 156-cı maddənin "j" bəndi ilə tərxis olub mənzil, pensiya hüququ qazanmaq üçün ən azı ordu sıralarında 20 il qüsursuz xidmət etməlisən) 20 il xidmət edən zabitləri eyni cərgəyə qoyub necə deyərlər "qoyma deyib" hamısının kirayə pullarını kəsiblər. Ancaq, anlamırlar ki, biz ya zabitə dərhal mənzil verməliyik, ya da mənzil verənə kimi kirayə pulu. Axı onlar bir gün bizə nə vaxtsa lazım olacaq! Gərək bu gün zabitini qoruyasan ki, səhər müharibə başlayanda ehtiyatda olan zabitini çağırmağa üzün olsun. Bax belə! Bu da Azərbaycan zabitinə verilən qiymət!

Yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, hərbi ekspert Natiq Əlisoy
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
Dün, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
Dün, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
Dün, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
Dün, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
Dün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Dün, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
Dün, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Dün, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
11-11-2026, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
11-11-2026, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11-11-2026, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
11-11-2026, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11-11-2026, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11-11-2026, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
5-11-2026, 20:28
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
5-11-2026, 20:23
Məcburi köçkünlərin övladlığa götürdüyü uşaqlara da status veriləcək
5-11-2026, 20:21
Bu şəxslər 3600 manat maaş alacaq
5-11-2026, 20:18
Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
5-11-2026, 15:51
Şanlı Zəfərin altıncı ildönümü: Mingəçevir Dövlət Universitetində tarixi yaddaş, milli dövlətçilik və gələcəyə baxış mövzusunda elmi-praktik konfrans keçirilib. FOTOLAR
5-11-2026, 11:45
Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
4-11-2026, 18:24
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
4-11-2026, 18:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək: rektor Anar Eminov doktoranturaya hazırlaşan əməkdaşlarla görüşüb
3-11-2026, 16:09
Beynəlxalq təcrübədən peşəkar gələcəyə: Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin xaricdə təcrübə keçmiş turizmçi tələbələrlə görüşüb