Müəllimlərin ən böyük arzusu nədir? Sertifikasiya imtahanı nə üçün lazımdır?

Təhsilimiz həddindən artıq bərbad haldadır. Demək olar ki, müəllimlərin 90%-i sertifikasiya imtahanlarından keçməyə çalışır. Heç kim elmlər doktoru, fəlsəfə doktoru olmaq istəmir. Bu isə o deməkdir ki, gələcəyimiz get-gedə məhv olur. Bu gün az qala məktəblərdə süpürgəçini də sertifikasiyadan keçirsinlər... Bu barədə yazıçı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Natiq Əlisoy "Dialoq.az" xəbər saytına açıqlamasında bildirib:
"Hər birimiz yaxşı bilirik ki, Azərbaycanda təhsil sisteminin pillələri ibtidai təhsil-birinci-dördüncü sinifləri, ümumi orta təhsil-beşinci-doqquzuncu sinifləri, tam orta təhsil-orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu-on birinci sinifləri əhatə edir. Bundan sonra təhsilin növbəti pillələri ilk və orta peşə-ixtisas təhsili, ilk peşə, orta peşə, üç pilləli ali təhsil-birinci pillə-bakalavr, ikinci pillə-magistratura, üçüncü pillə isə-doktoranturadır. Düşünürəm ki, bu pillələri bir çoxlarımız bilirik. Qeyd etməliyik ki, Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir, yəni 9-cu sinfə qədər təhsil almaq məcburidir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi şəhadətnamə verilir.
Bundan sonra tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu-on birinci sinifləri əhatə edir və bu pillədə şagirdlərin biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir və tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır, eyni zamanda buna imkanlar yaradır. Yəni sadə dildə desək orta təhsil haqqında attestat alan hər kəs ali məktəbə daxil olmaq üçün namizəd olur. Bundan sonra orta təhsil almış şəxslər ali məktəbə sənədlərini verir və hər hansı ali məktəbə daxil olur. Dörd il ali təhsil ocağında müxtəlif ixtisas üzrə təhsil alır və nəticədə bakalavr ali peşə-ixtisas dərəcəsi alır. Bu da o deməkdir ki, bakalavriat təhsil pilləsini bitirmiş məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla bütün digər sahələrdə çalışmağa imkan verir. Necə deyərlər həmən şəxs ali təhsilli, öz ixtisasına sahiblənmiş bir şəxs olur.
Məsələnin ən ağrılı və başa düşülməyən tərəfi ondan ibarətdir ki, bakalavr ali peşə-ixtisas dərəcəsi almış müəllim növbəti mərhələdə magistr ali elmi-ixtisas dərəcəsi və daha sonra ali təhsilin ən yüksək pilləsi olaraq doktoranturanı oxuyub fəlsəfə doktoru, elmlər doktoru olmaq əvəzinə bütün günü test əzbərləyib sertifikasiya imtahanlarından keçməyə hazırlaşır.
Ona görə ki, elm qalıb kənarda müəllimləri sertifikatlaşdırma ilə məşğuluq. Bu bir biabırçılıqdır! Ali təhsil almış müəllimi sertifikasiya etməyə nə ehtiyac var? Nəzərə alsaq ki, misal üçün bir ildə 10000 müəllim sertifikasiya imtahanına cəlb olunursa, onlardan misal üçün 3000 min müəllim imtahandan kəsilərsə bu yenə də təhsilin nöqsanıdır. Demək ki, Elm və Təhsil Nazirliyi il ərzində 3000 min saxta diplom verir. Bundan əlavə bu gün məktəbin fəaliyyəti ancaq saxta sənədlər üzərində aparılmış şişirtmə rəqəmlərdən ibarətdir. Elm və Təhsil Nazirliyi dərindən analiz və araşdırma aparsa görər ki, bu gün ali təhsil almış əsl savadlı mütəxəssislər məktəbdən yox, ayrı-ayrı evlərdən-yəni hazırlıqlardan, kurslardan çıxmış şəxslərdir. Bu gün təhsilimizdə yeni bir termin ortaya çıxıb-təhsil verən. Müəllim-müəllimdir, müəllimə təhsil verən, təhsil satan və s. adlar qoymaqla təhsilimizi bazara çevirmək olmaz.
Sertifikasiya, monitorinq və s. kimi lazımsız işlərdənsə müəllimləri ali təhsilin növbəti pillələrinə cəlb etmək lazımdır. Müəllim yazıq bilmir ki, şagirdi öyrətsin, sertifikat imtahanlarına, monitorinqlərə hazırlaşsın, yoxsa hazırlıqda uşaq öyrətsin. Deməkdən ki, misal üçün bu gün filan məktəbimizdə 5 elmlər doktoru, 10 fəlsəfə doktoru var, deyirlər ki, bu qədər müəllimimiz 50 bal toplayıb test imtahanından keçib. Ayıbdır, müəllim ali təhsillidirsə onsuz da o imtahandan keçməlidir. Bu bir növü müəllim adını aşağılamaqdır. Test imtahanı müəllimə nə verir ki? Bir halda ki, müəllim o imtahana narazı halda məcburiyyətdən gedir. Ondansa açıq dərslər edib müəllimin fəaliyyətini sinifdə praktiki yoxlamaq lazımdır ki, görək müəllim dərsi necə tədris edir. Praktikada görsənir ki, sertifikasiya imtahanından keçən müəllimlər var ki, (hər kəsə şamil edilmir) müəllim sözünün "m" hərfindən xəbəri yoxdur. Bu gün məktəblərdə sertifikasiya imtahanlarından keçmiş müəllimlərin yox, elmi dərəcələri olan müəllimlərin rəqabətini, hesabatını aparmaq lazımdır. Müəllim həyatını test imtshanına həsr etməməlidir. Bu gün təqaüdə çıxan müəllimlərin 99 faizinin elmi dərəcəsi yoxdur. Bir müəllim 40 il pedeqoji fəaliyyətlə məşğul olur, sonda sual verirsən ki, pedeqoji fəaliyyətiniz dövründə hansı elmi dərəcələr almısınız? Cavab verir ki, elmi dərəcəm yoxdur. Çünki müəllim 500-600 manata görə 40 il test əzbərləyir, onun magistr və ya doktorant olmaq həvəsi və vaxtı demək olar ki, olmur. Bir sözlə müəllimin hədəfi elmə dərindən sahib olmaq yox, test imtahanından keçib işini itirməməkdir. Hansı ki, qeyd etdiyimiz kimi müəllim bakalvır pilləsindən sonra, magistraturanı və daha sonra doktoranturanı bitirməlidir ki, sahib olduğu ixtisasın üst pilləsinə çıxa bilsin,-Deyə yazıçı bildirib".
Dialoq.az
29-07-2025, 10:10
Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR
23-07-2025, 10:44
Milli Mətbuat Günü mətbuatın banisi Zərdabinin doğma yurdunda qeyd edilib
23-07-2025, 10:41
Yevlaxda milli mətbuatımızın yaranmasının 150 illiyi ilə bağlı tədbir keçirilib. -FOTOLAR
27-06-2025, 19:06
Yevlaxda polis əməliyyatlar keçirib: 20 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
26-06-2025, 12:49
Yevlaxda 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. FOTOLAR
26-06-2025, 12:40
Yevlaxın prokuroru yenidən eyni vəzifəyə təyin edilib
24-06-2025, 21:01
Yevlaxda 23 İyun Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunub
24-06-2025, 00:01
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinə səfər edib. FOTOLAR
23-06-2025, 14:49
Azərbaycanın kulturoloji tolerantlığı: YYSİB-nin yeni kreativ layihəsi
21-06-2025, 14:31
Yevlaxda ev yanıb
17-06-2025, 13:09
Yevlaxda avtomobil qəzaya uğrayıb
7-06-2025, 12:20
Yevlaxda 3000 ailəyə qurban payı verilib
7-06-2025, 11:33
Yevlaxda körpələr evi-uşaq bağçası əsaslı təmir edilir. FOTOLAR
29-05-2025, 11:04
Yevlaxda "Konstitusiya və Suverenlik İli" çərçivəsində" "1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə şəhid ailələrinin və müharibə əlillərinin övladları üçün bayram tədbiri təşkil olunub.
21-05-2025, 15:17
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq uşaqların ilkin müayinələri həyata keçirilir
8-05-2025, 13:34
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
8-05-2025, 13:30
Yevlaxda “Böyük həyatın salnaməsi” adlı konsert proqramı təşkil olunub
28-04-2025, 16:56
Yevlaxda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin 1978-ci il Azərbaycan SSR Konstitusiyasına dövlət dili kimi daxil edilməsi gününə həsr olunmuş tədbir keçirilib
28-04-2025, 15:16
Yevlaxda “Heydər Əliyev: Böyük Azərbaycanlı” adlı mövzuda konfrans keçirilib
26-04-2025, 12:24
“Konstitusiya və suverenlik ili” çərçivəsində Yevlax şəhərində müxtəlif növ dekorativ gül kolları və çiçəklər əkilib
25-04-2025, 13:10
Yevlaxda şəhid ailələri ziyarət olunub
25-04-2025, 10:52
Yevlaxda görkəmli elm xadimi Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
21-04-2025, 12:13
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri təyin edilib
18-04-2025, 12:33
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində bir sıra dövlət qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirakı ilə tədbir keçirilib
15-04-2025, 16:44
Prezidentin Sərəncamı ilə Yevlax Rayon Məhkəməsinə yeni məhkəmə sədri təyin edilib
12-04-2025, 13:35
Yevlax Şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvlərinin iştriakı ilə görüş keçirilib
11-04-2025, 16:23
Baş prokuror Yevlax rayonunda vətəndaşları qəbul edib