Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR
Gündəm / Siyasət
Oxunub: 433
29 Tem 2025 | 10:10
Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayon Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax rayon Məhkəməsinin inzibati binasında çay süfrəsi ətrafında, səmimi mühitdə bir qrup şəhid ailələri ilə görüş keçirilib.

Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayon Məhkəməsinin sədri Ruslan Əlizadə, Məhkəmənin hakimi Aybəniz Babayeva və bir qrup şəhid ailələri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən danışaraq bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının Şanlı Zəfər tarixidir. Şəhər İcra Hakimiyyətinin Başçısı həmçinin qeyd edib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Yevlax Rayon Məhkəməsinin sədri Ruslan Əlizadə, Yevlax Rayon Məhkəməsinin hakimi Aybəniz Babayeva və Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev öz çıxışlarında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunduğunu, şəhid ailələrinin problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildiriblər.
Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.
Şəhid ailələri və müharibə iştirakçıları da onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti özünün rəsmi Facebook sosial şəbəkə hesabında paylaşım edib.

Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR

Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR

Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR

Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR

Yevlaxda şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. - FOTOLAR
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü