Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, Rayon Ağsaqqalar Şurasının, Qərbi Azərbaycan İcmasının Yevlax rayonu üzrə nümayəndəliyinin, rayonda fəaliyyət göstərən regional idarələrin, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, qazilər və gənclər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyan iştitrakçılar Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz, uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, müstəqil, suveren, qüdrətli, güclü Azərbaycan Ümummili Lider Heydər Əliyevin şah əsəridir. Möhtətəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi, Qarabağımıza azadlıq və sülh gətirdi.
Tədbirin gedişində Yevlax məktəblərinin Respublika Fənn Olimpiadalarında yüksək nəticə əldə etmiş şagirdlərinə Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları, həmçinin, Yeni Azərbaycan Partiyasını sıralarına qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilmişdir.
Tədbirin sonunda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri əməkdar artistlər Almaz Orucova, Xəyyam Məmmədov, tanınmış musiqiçilər Rövşən Əziz, İdris Tağıyev, Vəfa Vəzirova tərəfindən Ulu Öndər Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş musiqilər səsləndirilmişdir. İfa edilən musiqilər tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.


Dialoq.az
Bugün, 12:52
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Bugün, 12:47
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Bugün, 12:45
Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
Bugün, 12:19
“Yevlax dəmir yolu vağzalında kükürd yüklü vaqonda yanğın baş verib”
Dün, 23:10
Şəkər tozu kəskin şəkildə bahalaşacaq
Dün, 23:07
Venesuelada ölənlərin sayı - 1430-a çatdı
Dün, 23:03
Bu gecə hər ikisi meydana çıxacaq
Dün, 20:25
Yevlaxda FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dün, 17:13
Bakıda boğazı kəsilən gənc oğlan otelə gələrək kömək istəyib
26-06-2026, 16:56
Yevlaxda əsgər hərbi xidmətə belə yola düşdü. - VİDEO
25-06-2026, 09:48
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 09:44
Venesueladakı zəlzələdə 32 nəfər öldü
24-06-2026, 18:56
Bank kartlarında problem yarandı - Açıqlama
24-06-2026, 18:07
Yevlax şəhərinin ümumi problemləri
24-06-2026, 17:49
Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb
23-06-2026, 22:31
Goranboyda qonşular arasında dava - Xəsarət alanlar var
23-06-2026, 22:15
Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib
23-06-2026, 20:35
2 kəndi qonşuya verdilər
23-06-2026, 20:30
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
23-06-2026, 20:22
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
23-06-2026, 16:16
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
23-06-2026, 16:14
Litva hökuməti istefa verdi
23-06-2026, 13:34
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR
23-06-2026, 00:32
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə - Aydınlıq gətirdi
22-06-2026, 22:25
MDU-da Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq üzrə Beynəlxalq Konfrans – ESGERR 2026
22-06-2026, 21:47
İzmirdə toy şənliyi qanla bitdi - 14 yaşlı uşaq öldü
22-06-2026, 21:44
Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var