MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır". FOTOLAR

23 iyun 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov qlobal transformativ şirkət olan “Clarivate”in “Ustadla görüş: Tədqiqatda Keyfiyyətə Doğru” rubrikasının fəxri qonağı olub.
“Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyevanın moderatorluğu ilə təşkil olunan və “Journal Citation Reports” (JCR) Platformasının 2026-cı il Buraxılışının İcmalı və Yenilikləri” mövzusuna həsr olunan onlayn vebinarda ölkəmizdən və ölkə xaricindən müxtəlif universitet və institutlarından yüzlərlə tədqiqatçı, professor-müəllim heyəti və gənc alimlər iştirak edib.
Vebinarın keçirilməsində əsas məqsəd Azərbaycanın elm, təhsil və tədqiqat mühitində mühüm rol oynayan ali təhsil rəhbərləri ilə akademik heyəti bir araya gətirmək, tədqiqatda keyfiyyət, beynəlxalq elmi bazalar və müasir akademik göstəricilər barədə faydalı təcrübə mübadiləsi aparmaqdan ibarət olub.
Tədbirdə çıxış edən MDU rektoru Anar Eminov müasir dövrdə ali təhsil müəssisələrinin beynəlxalq elmi mühitə inteqrasiyasında “Clarivate” və “Web of Science” kimi qlobal platformaların rolunu xüsusi vurğulayıb. Rektor bildirib ki, elmi nəşrlərin düzgün qiymətləndirilməsi, tədqiqat keyfiyyətinin yüksəldilməsi və impakt faktor göstəricilərinin təhlili universitetlərin strateji inkişaf hədəflərinin mühüm tərkib hissəsidir.
“Müasir universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür. Keyfiyyətli elm olduqda indekslənmə onun təbii nəticəsinə çevrilir”, – deyə Anar Eminov qeyd edib.
Region universitetlərində elmi potensialın gücləndirilməsinə toxunan rektor bildirib ki, beynəlxalq elmi platformaların təqdim etdiyi analitik imkanlar akademik fəaliyyətin daha şəffaf, ölçüləbilən və nəticəyönümlü idarə olunmasına şərait yaradır. O, bu cür vebinarların tədqiqatçıların qlobal elmi mühitə inteqrasiyası, yüksək indeksli nəşrlərə çıxışı və universitetlərin beynəlxalq akademik nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Anar Eminov qeyd edib ki, MDU-da son illərdə beynəlxalq elmi görünürlükün artırılması və əməkdaşların nüfuzlu indeks bazalarında təmsil olunan jurnallarda nəşr fəaliyyətinin stimullaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə yüksək kvartilli jurnallarda dərc olunan elmi məqalələrə görə mükafatlandırma mexanizmi təkmilləşdirilib. Hazırda Q1 kvartilli jurnallarda dərc edilmiş və indekslənmiş məqalələrə görə birdəfəlik mükafatın məbləği 3000 manat təşkil edir.
Rektor, həmçinin universitetdə elmi fəaliyyətin davamlı qiymətləndirilməsi məqsədilə ASİS – Akademik Stimullaşdırma və İndeksləmə Sistemi adlı rəqəmsal platformanın yaradıldığını bildirib. Platforma vasitəsilə əməkdaşların elmi fəaliyyət göstəriciləri, indekslənən məqalələrin sayı, nəşrin kvartili və digər akademik nəticələr sistemli şəkildə qiymətləndirilir. Cari ilin sonundan etibarən ASİS platforması əsasında formalaşacaq reytinq nəticələrinə uyğun olaraq yüksək göstəricilər əldə edən əməkdaşlara aylıq əməkhaqqına 30 faizədək əlavə tətbiq olunması nəzərdə tutulur.
Çıxışda Mingəçevir Dövlət Universitetinin Web of Science bazasında elmi görünürlükünün mərhələli şəkildə artdığı da diqqətə çatdırılıb. Bildirilib ki, MDU üzrə ümumi WoS məqalələrinin sayı 41-dir. 2024-cü ildə universitet üzrə 5, 2025-ci ildə 9, 2026-cı ildə isə hazırkı mərhələyə qədər 7 məqalə qeydə alınıb. Bu göstəricilər universitetdə elmi nəşr mədəniyyətinin inkişaf etdirilməsi, beynəlxalq indeksli jurnallara çıxış imkanlarının genişləndirilməsi və tədqiqatçıların qlobal akademik mühitə inteqrasiyası istiqamətində aparılan işlərin nəticəsi kimi qiymətləndirilib.
Daha sonra vebinarda “Journal Citation Reports” platformasının 2026-cı il buraxılışındakı ən son yeniliklər, elmi jurnalların reytinq göstəriciləri və tədqiqatçıların beynəlxalq bazalardan effektiv istifadə imkanları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, tədqiqata və akademik inkişafa dəstək məqsədilə keçirilən bu beynəlxalq statuslu vebinarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

.

.

Dialoq.az
Bugün, 18:25
Tarixində ikinci ən uzunmüddətli istilik dalğasını yaşadı
Dün, 16:36
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
Dün, 08:38
Tovuzda su kanalında iki meyit aşkarlandı - FOTOLAR
Dün, 00:13
Yevlax sakini olan 56 yaşlı şəxsin meyiti Ağdaşda kanaldan tapılıb.Yenilənib-VİDEO
17-08-2026, 23:30
Yunanıstanda helikopter qəzası - Ölənlər var
17-08-2026, 16:10
Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nazim oğlu Eminovun doğum günüdür
17-08-2026, 12:53
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
17-08-2026, 12:50
27 yaşlı oğlan futbol oynayarkən öldü
16-08-2026, 15:11
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib-VİDEO
16-08-2026, 12:40
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb
16-08-2026, 12:29
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
16-08-2026, 11:53
Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu
15-08-2026, 23:56
Yevlaxda konsert proqramı təşkil edilib
15-08-2026, 23:47
Ucarda “KamAZ” “Ford”la toqquşdu - Ölənlər var-Fotolar
13-08-2026, 12:11
Yevlaxda baş verən ağır qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub
13-08-2026, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
12-08-2026, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı