Mingəçevir Dövlət Universiteti 131 ştat üzrə professor, dosent, baş müəllim və müəllim vakansiyaları elan edir
Sosial
Oxunub: 333
22 Haz 2026 | 13:20
Mingəçevir Dövlət Universiteti 131 ştat üzrə professor, dosent, baş müəllim və müəllim vakansiyaları elan edir
Mingəçevir Dövlət Universiteti 2026–2027-ci tədris ili üçün yüksək ixtisaslı, peşəkar, innovativ düşüncəli və müasir ali təhsil çağırışlarına uyğun akademik kadrların tədris və elmi fəaliyyətə cəlb olunması məqsədilə professor-müəllim heyəti üzrə müsabiqə elan edir. Müsabiqə universitetin fakültə və kafedralarında mövcud olan vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini əhatə edir.

Vakant yerlər üzrə ümumi göstərici: 8 professor
22 dosent, 36 baş müəllim və 65 müəllim olmaqla ümumilikdə 131 vakant yer.

Namizədlərə dair əsas tələblər:

•Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında əsasnamənin tələblərinə uyğunluq (https://e-qanun.az/framework/10306);

•Müvafiq ixtisas üzrə minimum magistr dərəcəsi (elmi ad və elmi dərəcənin olması üstünlükdür);

•Elmi-pedaqoji fəaliyyət və istehsalat təcrübəsi;

•Müasir tədris metodlarından, rəqəmsal təhsil platformalarından və innovativ tədris texnologiyalarından istifadə bacarığı, elmi fəaliyyətdə aktivlik;

•Tələbəyönümlü yanaşma, effektiv ünsiyyət, təqdimat və auditoriyanın idarə edilməsi bacarıqları;

•Fənn proqramı, sillabus, tədris materialları və qiymətləndirmə vasitələrinin hazırlanması üzrə bilik və bacarıqlar;

•Akademik etik davranış qaydalarına və universitetin korporativ dəyərlərinə sadiqlik.

•Namizədin aktiv elmi-tədqiqat fəaliyyəti ilə məşğul olması, yüksək indeksli beynəlxalq və yerli elmi jurnallarda məqalələrinin dərc edilməsi üstünlük kimi qiymətləndirilir.
Tələb olunan sənədlər:
•CV;
•Kadrlar uçotunun şəxsi vərəqəsi;
•Tərcümeyi-hal;
•Ali təhsil, elmi ad və elmi dərəcəni təsdiq edən sənədlər;
•(Xaricdə təhsil almış namizədlərin diplomlarının nostrifikasiya sənədləri)
•Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;
•Müvafiq istiqamət üzrə fənn sillabusu.

Müraciət qaydası

Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri elektron formada vacancy@mdu.edu.az ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 20.07.2026

Hər hansı sual yarandığı təqdirdə 055 243 93 21 (iş günləri və saatlarında zəng üçün aktivdir) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü