Yevlaxda 23 İyun Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunub

Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, rayonda faəliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzərək dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildiriblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayaraq qeyd edib ki, dövlət qulluğu vətəndaşlara vicdanla xidmət etmək, qanunçuluğu və ədaləti qorumaq prinsipinə əsaslanır və bu sahədə çalışan hər bir şəxs bu ali vəzifənin məsuliyyətini dərindən dərk etməlidir.
Şəhər rəhbəri çıxışı zamanı həmçinin bildirmişdir ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var.
Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən, hər il 23 iyun ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü” kimi qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyinin əsas dayağı olan, ölkəmizin inkişafı və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan dövlət qulluqçularının fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Sonda Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət qulluğunda fərqlənən bir qrup əməkdaş “Fəxri Fərman”la təltif edilib.








Dialoq.az
Bugün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bugün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
Dün, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü