Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO

Mingəçevir şəhərində – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, YAP Mingəçevir şəhər təşkilatı və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Ana dili abidəsinin önündə tədbir keçirilib.
Tədbirdə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Rauf Qaffarov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası İB- Mingəçevir təşkilatının sədr müavini, dövlət qulluğu veteranı Rizvan Mikayıllı və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Elşən Əzim çıxış ediblər.
Natiqlər çıxışlarında bildiriblər ki, Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən müqəddəs sərvətlərdən biridir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət milli dövlətçilik tariximizin mühüm səhifələrindəndir. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması, saflığının qorunması və geniş təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Çıxışlarda qeyd olunub ki, ana dilimizin zənginliyinin qorunması, onun gələcək nəsillərə olduğu kimi çatdırılması, gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi hər bir vətəndaşın məsuliyyətidir. Bu baxımdan Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd olunması milli-mənəvi irsimizin təbliği və dilimizə sevginin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib və ana dilimizin qorunması, inkişafı və təbliği istiqamətində belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
Dialoq.az
Dün, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Dün, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü