“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır.
Dialoq.az xəbər verir ki,bu barədə “Qafqazinfo”ya Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur: “Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.
Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. Bildiririk ki, AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir”.
Açıqlamada həmçinin qeyd olunub ki, bundan başqa, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Sandoz Pharma şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov" kimi təqdim edir və vətəndaşdan guya "müqavilə rekvizitlərinin rüsumu" adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir: “Bir daha bildiririk ki, Analitik Ekspertiza Mərkəzinin tabeliyində nəinki "Sandoz Pharma", ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir;
AEM belə ad altında işə qəbul aparmır;
AEM tərəfindən işə qəbul zamanı heç bir ödəniş tələb edilmir;
Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur.
Həmçinin sosial şəbəkələrdə yayılan "barkodçu" vəzifəsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir.
Məlumat üçün bildiririk ki, Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir.
GTIN (Global Trade Item Number) məhsulun beynəlxalq identifikasiya nömrəsidir və istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən GS1 beynəlxalq standartları əsasında əldə edilir. Başqa sözlə, GTIN və xətti barkod AEM tərəfindən deyil, məhsulu istehsal edən və ya qeydiyyatdan keçirən şirkət tərəfindən rəsmiləşdirilir.
GS1 məhsulların beynəlxalq identifikasiyası üçün standartlar hazırlayan qeyri-kommersiya təşkilatıdır. Bu standartlar məhsulların bütün təchizat zənciri boyunca izlənilməsinə və məlumat mübadiləsinin vahid qaydada aparılmasına xidmət edir.
Analitik Ekspertiza Mərkəzinin tətbiq etdiyi Dərman vasitələrinin təqib və izləmə sistemi çərçivəsində isə dərman vasitələrinin hər bir satış qablaşdırması üçün DataMatrix identifikasiya kodu formalaşdırılır. Bu kodun tərkibində GTIN, unikal seriya nömrəsi, partiya (lot) nömrəsi və son istifadə tarixi yer alır. Məhz bu məlumatlar dərman vasitələrinin istehsaldan son istehlakçıya qədər hərəkətinin izlənilməsinə, saxta dərman vasitələrinin dövriyyəsinin qarşısının alınmasına və təchizat zəncirində şəffaflığın təmin edilməsinə imkan verir”.
AEM-dən əlavə edilib ki, dərman vasitələrinə GTIN (xətti barkod) AEM tərəfindən deyil, beynəlxalq GS1 standartlarına uyğun olaraq istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən verilir. AEM-in səlahiyyətlərinə dərman vasitələri üçün xətti barkodun verilməsi aid deyil: “AEM vətəndaşlara bir daha müraciət edərək bildirir ki, işə qəbul, ödəniş və ya digər rəsmi prosedurlarla bağlı yalnız Mərkəzin rəsmi məlumatlarına etibar etsinlər, naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmasınlar, heç bir halda şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməsinlər.
Faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən müvafiq dövlət strukturlarına müraciət ediləcək və qanunvericiliyə uyğun olaraq zəruri hüquqi tədbirlər görüləcək.
Analitik Ekspertiza Mərkəzi vətəndaşlara xatırladır ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə yayımlanır”.
Dialoq.az
Dün, 23:21
Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib-VİDEO
Dün, 22:49
Yevlaxda sürücü xəsarət aldı,bir neçə gün sonra dünyasını dəyişdi-VİDEO
Dün, 14:35
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Dün, 14:29
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir
Dün, 13:01
Məkanlardan oğurluq edən 6 nəfər saxlanıldı – minlərlə manatlıq əmlak talanıb
Dün, 12:50
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
Dün, 12:35
Xanəndənin ürəyində 4 damar dəyişdirildi
Dün, 12:31
Prezident açılışda - Fotolar
1-08-2026, 23:37
Mingəçevirdə regional medianın problemləri müzakirə olunub: “Sağlam media üçün regionlara diqqət artırılmalıdır”. -VİDEO
1-08-2026, 08:39
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - Foto
1-08-2026, 08:34
Nəriman Həsənzadə vəfat etdi
31-07-2026, 09:31
Prezidentlər mətbuata bəyanatlarla çıxış edir
31-07-2026, 09:24
Şəhidin övladı vəfat etdi
31-07-2026, 09:21
“Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”
30-07-2026, 13:08
Metroda problem yaranıb, sərnişinlər platformadan çıxarılıb
30-07-2026, 13:04
İyulun son gününün havası...
30-07-2026, 12:42
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
29-07-2026, 18:10
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib: avtomobil metal səddə çırpılıb, sürücü xəsarət alıb-FOTO
29-07-2026, 17:52
Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
29-07-2026, 16:11
Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirdi - Fotolar
27-07-2026, 10:58
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
27-07-2026, 00:08
Yevlaxda qazıntı işləri nə zaman bitəcək? Şəhər rəhbəri görülən işlərdən danışdı. - VİDEO
25-07-2026, 20:05
Hökməli qəsəbəsində avtomobil yandı
24-07-2026, 16:30
“Space TV”nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 14:50
Yevlaxda qətl hadisəsi baş verib-VİDEO
24-07-2026, 12:12
Mingəçevirdə yol nəqliyyat hadisəsi baş verib-VİDEO
24-07-2026, 11:17
Şuşadan qlobal elmə yeni töhfə: IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi işə başlayıb. FOTOLAR