Rektor Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır”
Sosial
Oxunub: 44
11 Tem 2026 | 20:23
Rektor Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır”
2026-cı ilin 11 iyul tarixində V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin bağlanış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitet-sənaye əməkdaşlığının mövcud vəziyyəti, bu istiqamətdə görülən işlər və formalaşdırılan tərəfdaşlıq şəbəkəsinin yaratdığı imkanlar barədə çıxış edib.

Rektor Anar Eminov bildirib ki, Mingəçevir Dövlət Universiteti əmək bazarının müasir tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması, təhsil proqramlarının praktik məzmununun gücləndirilməsi və universitetin regionun sosial-iqtisadi inkişafında rolunun artırılması məqsədilə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir.
Diqqətə çatdırılıb ki, hazırda Mingəçevir Dövlət Universiteti 350-dən çox müəssisə və təşkilatla əməkdaşlıq edir. Geniş tərəfdaşlıq şəbəkəsinə dövlət qurumları, özəl şirkətlər, sənaye və istehsal müəssisələri, maliyyə təşkilatları, informasiya texnologiyaları və kibertəhlükəsizlik şirkətləri, təhsil və tədqiqat müəssisələri, ictimai birliklər və digər təşkilatlar daxildir.

Anar Eminov qeyd edib ki, qurulan əməkdaşlıqlar yalnız institusional əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda universitet əməkdaşları, tələbələr və məzunlar üçün yeni inkişaf imkanları yaradır. Bu əməkdaşlıqlar çərçivəsində birgə layihələrin həyata keçirilməsi, təlim və seminarların təşkili, istehsalat təcrübələrinin keçirilməsi, ekspert və mütəxəssislərin tədris prosesinə cəlb olunması, laboratoriya və tədqiqat imkanlarının genişləndirilməsi, eləcə də tələbə və məzunların məşğulluğunun dəstəklənməsi nəzərdə tutulur.
Bildirilib ki, universitet-sənaye əməkdaşlığı tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə, əmək bazarının tələbləri ilə yaxından tanış olmasına və peşəkar bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. Tələbələr tərəfdaş müəssisələrdə təcrübə proqramlarına, infoturlara, mentorluq layihələrinə, karyera tədbirlərinə, müsabiqə və təlimlərə cəlb olunmaq imkanı əldə edirlər.

Anar Eminov universitet-sənaye əməkdaşlığının regionda təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Mingəçevir Dövlət Universitetinin regionda fəaliyyət göstərən müəssisə və təşkilatlarla əlaqələrinin genişlənməsi yerli əmək bazarının ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsinə, təhsil proqramlarının həmin ehtiyaclara uyğunlaşdırılmasına və region üçün zəruri olan ixtisaslı kadrların hazırlanmasına imkan yaradır.
Eyni zamanda, belə əməkdaşlıqlar region gənclərinin müasir bilik və bacarıqlara çıxışını artırır, onların paytaxta və ya xarici ölkələrə getmədən keyfiyyətli təhsil, təcrübə və karyera imkanlarından faydalanmasına şərait yaradır. Universitetin dövlət və özəl sektorla birgə həyata keçirdiyi layihələr regionda innovasiya, rəqəmsal transformasiya, sahibkarlıq və məşğulluq ekosisteminin inkişafına da dəstək verir.

Sonda Anar Eminov Mingəçevir Dövlət Universitetinin qarşıdakı dövrdə də dövlət və özəl sektorla əməkdaşlıq əlaqələrini genişləndirəcəyini, mövcud tərəfdaşlıqları daha konkret nəticələrə əsaslanan birgə layihələrlə zənginləşdirəcəyini və tələbə, məzun və əməkdaşlar üçün yeni inkişaf imkanları formalaşdıracağını diqqətə çatdırıb.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü