Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanmış kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib.
Dialoq.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirrilib ki, təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. Bu, ölkəmizdə milli musiqi alətləri üzrə ilk sistemli standartlaşdırma layihəsi olmaqla, qeyri-maddi mədəni irsin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm nailiyyət hesab olunur.
Milli musiqi alətlərinin vahid standartlarının hazırlanması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə 2023-cü ildə AZSTAND-44 Texniki Komitəsi yaradılıb. Komitənin fəaliyyətini tənzimləyən ikiillik Tədbirlər Planı 2024-cü ildə təsdiq olunub və hazırda plana uyğun olaraq milli standartların hazırlanması prosesi ardıcıl şəkildə davam etdirilir.
Kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanmış standart layihələri cari ilin əvvəlində Texniki Komitənin üzvlərinə təqdim olunub, layihələrə dair mütəxəssis rəyləri toplanaraq ümumiləşdirilib və hazırlanmış alət nümunələrinin ekspert qiymətləndirilməsinin keçirilməsi qərara alınıb.
2026-cı il 26 may və 25 iyun tarixlərində Azərbaycan Milli Konservatoriyasında keçirilən ekspertiza iclaslarında komitə üzvləri hazırlanmış kamança nümunələrinin layihə standartlarına uyğunluğunu qiymətləndiriblər. Aparılmış ekspertiza və səsvermənin nəticələrinə əsasən alətlərin müəyyən edilmiş texniki parametrlərə tam uyğun olduğu təsdiq edilib.
29 iyun 2026-cı il tarixində AZSTAND-44 Texniki Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvlərinin iştirakı ilə keçirilən iclasda kamança ailəsi üzrə hazırlanmış milli standart layihələri rəsmi səsvermə yolu ilə qəbul olunub. Bununla da Azərbaycanda milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində ilk hüquqi-normativ baza formalaşdırılıb.
Standart layihələri Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Alətləri Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzərində ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb. Bu metodologiya hazırlanmış standartların həm elmi əsaslılığını, həm də praktik tətbiq imkanlarını təmin edir.
Qeyd edək ki, kamança Azərbaycan musiqi mədəniyyətinin ən qədim və dəyərli simvollarından biridir. Alət UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və Azərbaycanın zəngin musiqi ənənələrinin dünyada tanınmasında mühüm rol oynayır.
Milli standartların qəbul edilməsi kamança istehsalında vahid keyfiyyət meyarlarının formalaşdırılmasına, ustaların fəaliyyətinin dəstəklənməsinə, peşəkar ifaçılıq mühitinin inkişafına, musiqi təhsilində vahid yanaşmanın tətbiqinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək.
AZSTAND-44 Texniki Komitəsinin fəaliyyəti çərçivəsində gələcək mərhələdə digər milli xalq çalğı alətləri üzrə də standartların hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən işlər Azərbaycanın zəngin musiqi irsinin qorunmasına, elmi əsaslarla inkişaf etdirilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.

.

Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü