Piyada keçidindəki qəzada “AzParking” heyətindən müdaxilə
Sosial / Hadisə
Oxunub: 68
20 May 2026 | 09:38
Piyada keçidindəki qəzada “AzParking” heyətindən müdaxilə
Dünən paytaxtın Səməd Vurğun küçəsində “AzParking” əməkdaşları piyada zolağında avtomobil qəzasına uğrayan vətəndaşa təcili tibbi yardım gələnə qədər həyati əhəmiyyətli müdaxilə ediblər.

Dialoq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə baş verən an əraziyə dərhal yaxınlaşan “AzParking”in sahə rəisi və bələdçilərdən ibarət işçi heyəti zərərçəkənə zəruri ilkin yardımı göstərib. Şirkətin i-patrul avtomobillərindəki xüsusi tibbi ləvazimatlar vətəndaşın vəziyyətinin nəzarət altında saxlanılmasında həlledici rol oynayıb.

“Qəza baş verən an heç bir tərəddüd etmədən köməyə qaçdıq”, - deyə prosesi idarə edən sahə rəisi bildirib.

“İ-patrul avtomobillərimizdəki ilkin yardım çantalarının tam təchizatlı olması bizə həkimlər gələnə qədər operativ addımlar atmağa imkan verdi. Bizim üçün insan həyatı hər şeydən önəmlidir”.

Hadisə şahidləri əməkdaşların bu fədakar və çevik davranışını yüksək qiymətləndirərək, onlara öz xüsusi təşəkkürlərini bildiriblər.

Bu hadisə qurumun parklanma əməliyyatları zamanı nizam-intizamı qorumaqları ilə yanaşı, həm də əməkdaşların hər zaman ekstremal vəziyyətlərə hazır olmasını və ictimai təhlükəsizliyə verilən dəyəri bir daha sübut edir.

“AzParking” - ölkə ərazisində parklanma sisteminin müasir standartlara uyğun həyata keçirilməsini təmin edən, şəhər nəqliyyatının idarə edilməsini rəqəmsallaşdıran və bu sahədə şəffaflığı təmin edən innovativ sistemdir. Bu rəqəmsal həll sürücülərə boş yerləri asanlıqla tapmaq və ödənişləri nağdsız qaydada həyata keçirmək imkanı yaradır.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
Dün, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
Dün, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
Dün, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
Dün, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?