DEPARTAMENT SƏDRİNDƏN ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ EHTİYATDA OLAN HƏRBÇİLƏRƏ YENİ İMKANLAR!

Əziz dostlar, dəyərli qardaşlar və bacılar! Bildirim ki, 7 iyul 2022-ci il tarixdə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri hörmətli yazıçı, kulturoloq Aydın Xan müəllimin və YYSİB-nin idarə heyətinin qərarı ilə şəhidlərimizin ailə üzvləri, qazilərimiz və yaradıcı hərbçilərlə iş üzrə departamentin təsis edilməsi barədə qərar qəbul edilib, qəbul edilmiş qərarla mən, yazıçı, hərbçi-şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Ulu Öndər", " Ali Baş Komandan" media mükafatları laureatları Əliyev Natiq Fazil oğlu (Natiq Əlisoy) sədr təyin edilmişəm. Dəyərli dostlar! Yeni yaradılmış departamentin əsas məqsədi və inkişaf perespektivləri məss vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailə üzvləri, qəhrəman qazilərimiz və hərbçilərimizin sıralarından olan elmi, texniki, bədii və digər yaradıcılıq istiqamətlərində fəaliyyət göstərən şəxsləri tanımaq, tanıtdırmaq, inkişaf etdirmək, onlara birlikdə hərtərəfli dəstək olmaq və dövlətimizə fayda verməkdir. Qeyd edim ki, dünyanın inkişaf etmiş, qabaqcıl dövlətlərində olduğu kimi bu gün ölkəmizdə də hərbi xidmətdə və ehtiyyatda olan hərbçilərimizin, qəhrəman döyüşçülərimizin, şəhid ailələrimizin sosial, mədəni, elmi-texniki, bədii təfəkkürünün inkişafına böyük diqqət yetirilir. Lakin, bir çox hallarda yaradılmış imkanların icra mexanizminin zəif olmasından, bu sahənin inkişaf etdirilməsi üçün təyin edilmiş şəxslərin təcrübəsizliyindən tez-tez rast gəlinən xoşagəlməz hadisələr meydana gəlir. Odur ki, hesab edirəm ki, şəhid ailələrimizin, qazi və hərbçilərimizin hərtərəfli qayğısı ilə məşğul olan idarə və təşkilatlarda, güc strukturlarında çalışan şəxslər elə şəhid ailələrindən, qazilərimizdən və ehtiyatda olan hərbçilərimizdən təyin edilməlidir. Bunun üçün isə bizə elmi, texniki, bədii və s. cəhətdən yaradıcı, perespektivli, qabaqcıl, nüfuzlu, hüquqi, tibbi, hərbi, siyasi savadı olan şəxslərin bir məqsəd ətrafında birləşməsi lazımdır. Dəyərli dostlar, bu məqsədlə sizlərin hər birinə xahişlə müraciət edərək bildirirəm ki, sıralarınızda olan bütün yaradıcı şəxslər, elmi dərəcəsi, ixtiraları, kəşfləri, hüquqi, tibbi təhsili və digər xüsusi bacarıqları olan, xarici dillər bilən şəhid ailələri, qazilər və ehtiyatda olan hərbçilər bizə müraciət etsinlər. Müraciətləriniz qəbul olunub, hərtərəfli analiz edildikdən sonra sizlərə məlumat veriləcək və departamentə dəvət olunaraq hərtərəfli dəstək olunacaq. Biz birlikdə güclüyük!
Əlaqə: Whatsapp 0507687717.
_________________________________________________
YYSİB Şəhidlərin Ailə Üzvləri, Qazilər və Yaradıcı Hərbçilərlə İş Departamentinin sədri Natiq Əlisoy
Dün, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
12-11-2026, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
12-11-2026, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12-11-2026, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
11-11-2026, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
11-11-2026, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11-11-2026, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
11-11-2026, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11-11-2026, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11-11-2026, 11:43
“Məzuniyyətin kompensasiya ilə əvəzlənməsi istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”
9-11-2026, 23:14
Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ziyarət edilib
8-11-2026, 11:50
Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
6-11-2026, 16:56
Milli dövlətçilik və Zəfər ruhunun rəmzi: Mingəçevir Dövlət Universitetində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR