Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto
Siyasət
Oxunub: 7
15 Tem 2026 | 22:23
Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.

“Dialoq.az ”xəbər verir ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

O bildirib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişafı üçün möhkəm əsas yaradıb. Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə də Prezident Peter Pelleqrinin ölkəmizə cari rəsmi səfərinin Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ açdığını qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Prezident Peter Pelleqrini ilə əvvəlki illərdə keçirilmiş görüşlərini məmnunluqla xatırlayıb. O, Slovakiya Milli Şurasının sədri, daha sonra isə Slovakiyanın Baş naziri kimi Azərbaycana səfər etmiş Peter Pelleqrinin bu dəfə Slovakiya Respublikasının Prezidenti qismində ölkəmizə rəsmi səfərinin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi danışıqların ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Spiker bu səfərin Azərbaycan–Slovakiya əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Söhbətdə humanitar sahədə, xüsusilə təhsil və mədəniyyət istiqamətlərində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu sahələr xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.

Cari ilin oktyabr ayından etibarən Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılmasının xalqlar arasında əlaqələrin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaranmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın Azərbaycan–Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, qanunverici orqanlar arasında qarşılıqlı səfərlər və müntəzəm təmaslar ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verir.

Beş il əvvəl Slovakiyaya həyata keçirdiyi rəsmi səfəri məmnunluqla xatırlayan spiker, bu ilin may ayında Slovakiya Milli Şurasının sədri Rixard Raşinin Azərbaycana rəsmi səfəri zamanı parlamentlər arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirib. O bildirib ki, bu sənəd parlamentlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Görüşdə parlamentlərarası dostluq qrupları arasında da əlaqələrin əhəmiyyəti vurğulanaraq, parlamentlərin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə söz açan Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Slovakiyanın Qarabağın bərpası prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən "ağıllı kənd" layihəsinin ölkələrimiz arasında uğurlu praktiki əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, ötən gün iki ölkə Prezidentinin iştirakı ilə Ağdam şəhərində təməli qoyulan tam orta məktəb Azərbaycan ilə Slovakiya arasında dostluğun daha bir rəmzinə çevriləcək.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib. Ali qonaq qeyd edib ki, 2018-ci ildə Slovakiyanın Baş naziri kimi Azərbaycana həyata keçirdiyi səfərdən sonra onun rəhbərlik etdiyi hökumət ölkəsinin Azərbaycanda səfirlik açması barədə qərar qəbul edib. O bildirib ki, bu addım Slovakiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına verilən önəmin ifadəsi olub. Prezident Peter Pelleqrini bu gün ölkələrimiz arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, bu baxımdan son iki il ərzində Slovakiyanın üç ali dövlət rəsmisinin Azərbaycana həyata keçirdikləri səfərlər bunun bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirdiyi rəsmi səfərin Şuşa şəhərindən başlanmasının xüsusi rəmzi məna daşıdığını qeyd edən Prezident Peter Pelleqrini bildirib ki, Avropa İttifaqına üzv ölkənin Prezidenti qismində Şuşaya rəsmi səfər edən ilk dövlət başçısı olmaq onun üçün xüsusi qürur mənbəyidir. O, Şuşada keçirilmiş görüş və müzakirələrin, eləcə də əldə olunmuş razılaşmaların ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali qonaq Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən müsbət təəssüratlarını bölüşərək, Slovakiya şirkətlərinin bu prosesə töhfəsini və həyata keçirdikləri layihələri ölkələrimiz arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Ağdamda tikiləcək tam orta məktəbə Slovakiyanın görkəmli şəxsiyyətinin adının verilməsini qürurverici hadisə adlandıran Prezident Peter Pelleqrini bunun Slovakiya ilə Azərbaycan arasında dostluğun və qarşılıqlı hörmətin daha bir təzahürü olduğunu bildirib.

Söhbət zamanı Milli Məclisin sədri ilə müxtəlif zamanlarda keçirdiyi görüşləri məmnunluqla xatırlayan ali qonaq, parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunaraq, parlamentlərin aidiyyəti komitələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Sonda o, Milli Məclisin sədrini yenidən Slovakiyaya rəsmi səfərə dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto
.
Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 00:44
Mingəçevirdə yol qəzası olub, yaralananlar var
Bugün, 00:41
Şəmkirdə yol qəzası baş verib - İki nəfər xəsarət alıb
Dün, 22:41
“Heyətdə dəyişikliklər ola bilər” - Qurban Qurbanov
Dün, 22:32
“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
Dün, 22:27
Professor Süleyman Qasımov türk dünyasının iki ali mükafatı ilə təltif olunub
Dün, 22:23
Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto
Dün, 22:18
“Mitsubishi” yanacaqdoldurma məntəqəsinə çırpıldı - Xəsarət alanlar var
Dün, 22:15
İcra başçısına yeni müavin təyin edildi
Dün, 22:13
Yevlax sakinləri nədən narazılıq edirlər...?
Dün, 21:58
Yevlaxda sağlam həyatla bağlı tədbir keçirilib
Dün, 11:53
ABŞ-nin İrana hücumu nəticəsində 30 nəfər həlak olub
Dün, 11:50
Pelleqrini Heydər Əliyevin məzarını ziyarət etdi
14-07-2026, 00:17
Makron ordunu müharibəyə hazırlaşmağa çağırdı
14-07-2026, 00:14
Hörmüz boğazında bir neçə gəmi atəşə tutuldu
13-07-2026, 23:04
Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu
13-07-2026, 17:22
“Belə avtomobillə heç yerə getmərəm”
13-07-2026, 17:18
Rafael Ağayevə ağır itki
13-07-2026, 13:06
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
13-07-2026, 13:02
İlham Əliyev dünya ölkələri ilə münasibətlərimizdən danışdı
13-07-2026, 12:52
Sürücünün yıxılmasına səbəb oldular, kömək belə etmədilər
12-07-2026, 10:13
DÇ tarixində ilkə imza atdı
11-07-2026, 22:41
24 yaşlı gənc suda boğuldu
11-07-2026, 20:58
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
11-07-2026, 20:49
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
11-07-2026, 20:23
Rektor Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır”
11-07-2026, 17:32
Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin sərbəst güləş bölməsinin qrupları arasında yoxlama, sınaq, qəbul və keçid normativləri keçirilib. FOTOLAR
11-07-2026, 13:32
Kanalda batan Yeniyetmə tapıldı