Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
Siyasət
Oxunub: 239
15 Haz 2026 | 11:48
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. FOTOLAR
Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Dövlət Himni səsələndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. Milli Qurtuluş gününün mahiyyətini əks etdirən videofilm nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olduğunu bildirib. Qeyd edib ki, 1993-cü ildə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski yarandığı üçün xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Dövlətimizi parçalanmaq, məhv olmaq təhlükəsindən xilas edib, müasir güclü Azərbaycanın möhkəm təməlini yaradıb.

Ulu Öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz daha da böyük uğurlara imza atıb. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılıb, işğal altında olan torpaqlarımız azad edilib. Həmçinin 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub. Bu gün hər bir Azərbaycan vətəndaşı qalib ölkənin qalib vətəndaşı kimi böyük qürur hissi keçirir. Qazanılmış tarixi qələbələr sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb, iqtisadi inkişaf təmin olunub, xalqımızın sosial rifah halı yüksəlib, Dövlətimiz regionda və dünyada söz sahibinə çevrilib.

Qalib Ölkəmizin Müzəffər Lideri eyni zamanda regionda sülh gündəliyinin memarıdır. Möhtərəm Prezidentimizin “Zayed İnsan Qardaşlığı” Mükafatı ilə təltif olunması, “Sülh və Barışıq üçün Gernika Mükafatı” na layiq görülməsi Azərbaycanın qlobal sülh quruculuğunda artan roluna beynəlxalq səviyyədə verilən yüksək dəyərin bariz nümunələridir. İcra Hakimiyyətinin Başçısı eyni zamanda qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarının yaşadılması, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələr, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizin inkişafına mühüm töhfələr verir.

Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışlarında Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxladığını, inkişaf yoluna qədəm qoyduğunu, bu tarixi günün gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını, Heydər Əliyev ideyalarının gənc nəslə aşılanmasının vacibliyini qeyd ediblər.
15 İyun-Milli Qurtuluş günü münasibətilə və rayonun ictimai həyatında fəal iştirak edərək, nailiyyətlər əldə edən bir qrup qabaqcıl şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib, eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə partiya üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin bədii hissəsində Prezident mükafatçısı xanəndə Nuray Hacızadə və IX Muğam Televiziya Müsabiqəsinin finalçısı, xanəndə Yusif Cəfərbəylinin ifasında səsələndirilən muğam və xalq mahnıları Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, xalqımızın həmrəyliyini və müstəqil dövlətimizin inkişaf yolunu bədii vasitələrlə ifadə edərək tədbirin ən yaddaqalan məqamlarından biri olmuşdur. Səsləndirilən ifalar böyük maraq və alqışlarla qarşılanıb, tədbirdə əsl bayram abu-havası yaradıb.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü