“Ölümlə nəticələnən qəzaların yarısı piyadavurma hallarıdır”

Yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunur. Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə birbaşa təsir göstərir”.
“Dialoq.az ” xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev piyadaların yol hərəkətində yol verdiyi təhlükəli davranışlar və bunun doğurduğu ağır nəticələr barədə açıqlamasında deyib.
Şöbə rəisi aparılan təhlillərə əsasən bildirib ki, ölkəmizdə baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür.
“Bu göstərici də piyadaların yol hərəkətindəki davranışına daha diqqətlə yanaşmağın vacibliyini ortaya qoyur. Təəssüf ki, bəzi hallarda piyadalar tərəfindən yolu nəzərdə tutulmayan yerlərdən keçmək, hərəkət hissəsinə qəfil daxil olmaq, diqqəti yayındıran vasitələrdən istifadə etmək kimi davranışlara yol verilir. Bu cür halların hər biri isə riskin artmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, yol hərəkətində üstünlük hüququ hər zaman təhlükəsizlik demək deyil. Ən vacib amil diqqətli olmaq, vəziyyəti düzgün qiymətləndirmək və qaydalara əməl etməkdir. Çünki baş verən toqquşmalarda ən ağır nəticə ilə üzləşən tərəf məhz piyadalar olur.
Yol hərəkəti qaydaları insan həyatının qorunmasına xidmət edir. Bu qaydalara əməl etmək isə hər birimizin üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, yolda atılan hər addım düşünülmüş olmalıdır. Çünki bəzən bir addım insanı təhlükədən uzaqlaşdırır, bəzən isə əksinə-onu təhlükəyə aparır”- R.Tağıyev əlavə edib.
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü