Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb
Siyasət
Oxunub: 756
14 Ock 2021 | 15:39
Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Yanvarın 14-də Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında görüş baş tutub.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, ordu generalı Qamar Cavid Bacva Vətən müharibəsində böyük qələbəyə görə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırdı. Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və Pakistan ordusunun ölkəmizə verdiyi mənəvi dəstəyi və həmrəyliyi ifadə edib.

Nazir Ceyhun Bayramov təbriklərə görə təşəkkürünü bildirdi. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verib. Həmçinin nazir Pakistan tərəfinə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini birmənalı dəstəklədiyi və nümayiş etdirdiyi mənəvi dəstəyə görə qarşı tərəfə dərin təşəkkürünü ifadə edbi.

Tərəflər hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

APA
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı