Türkiyədə muzeydə Azərbaycan tarixi və zəfərimizlə bağlı guşələr yaradılacaq

Türkiyənin Ordu şəhərindəki “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyində Azərbaycan tarixi və zəfərimizlə bağlı guşələr yaradılacaq.
Dialoq.az teleqraf.az'a istinadən xəbər
verir ki,Türkiyənin Ordu şəhərində Böyükşəhər Bələdiyyəsinin mədəniyyət layihəsi çərçivəsində “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyi açılıb.
Muzeydə yaradılmış stendlərdə Türk tarixi xronoloji ardıcıllıqla müxtəlif əsər və eksponatlarla təqdim olunur. Türk tarixində iz buraxmış şəxsiyyətlərin büstləri və tarixi dövrləri əks etdirən əşyalar nümayiş olunur. Qeyd edək ki, muzeyin həyətində açıq havada tarixdə mövcud olmuş 16 Türk dövlətini qurmuş şəxsiyyətlərin büstləri və sözügedən dövlətlərin bayraqları, habelə Çanaqqala zəfərini əks etdirən Türk əsgərlərinin heykəlləri ucaldılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ordu şəhərindəki “Metehandan Mehmetçiyə” Türk Dövlətləri Muzeyini ziyarət edərək Ordu Böyükşəhər Bələdiyyəsinin idarə heyətinin sədri, eyni zamanda muzeyin rəhbəri Dr. Mimar Nihat Şenlə görüşüb.
Görüş zamanı Türk dünyasının ortaq tarixinə işıq salan muzeydə maraqlı bölmələrin təşkil olunması, tarixi dövrlər üzrə yüksək səviyyəli guşələrin, eksponatların və heykəllərin yaradılmasının əhəmiyyəti, həmçinin bu tarixin gələcək nəsillərə çatdırılmasında muzeyin mühüm rolu qeyd olunub.
Qeyd edək ki, muzeydə tarixin müxtəlif dövrləri xronoloji ardıcıllıqla əyani və rəqəmsal vasitələrlə ziyarətçilərə təqdim olunur.
Görüş çərçivəsində Türk dünyası dövlətçilik tarixində mühüm rol oynamış orta əsrlər Azərbaycan dövlətlərinə dair guşələrin yaradılması, ədəbiyyatımızın zirvəsi olan dahi Azərbaycan mütəfəkkirlərinin büstlərinin qoyulması, habelə Türk dünyası tarixində böyük iz buraxmış Azərbaycanın şanlı Qarabağ zəfərinə dair xüsusi guşənin yaradılması razılaşdırılıb. İkitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin reallaşdırılması, Ordu şəhərində Azərbaycan incəsənəti həftəsinin təşkili və Türk Dövlətləri Muzeyində Azərbaycanla bağlı guşələrin yaradılması Ordu Böyükşəhər Bələdiyyəsi və bölgə Mədəniyyət və Turizm idarəsi tərəfindən də təqdirlə qarşılanıb.
Görüş çərçivəsində muzeyin ayrı-ayrı bölmələri ziyarət olunub, müxtəlif rəqəmsal vasitələrə və hazırlanmış videomateriallara baxış keçirilib, təkliflər yerində dəyərləndirilib.
Sonda Azərbaycanın Qarabağ zəfərinə həsr olunmuş “Böyük zəfər: 44 gün, 23 saat, 43 dəqiqə” adlı yeni unikal nəşr muzeyə hədiyyə olunub.

.

.

.

.

.

.

Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü