Həmin mötəbər mükafat İlham Əliyevə buna görə verildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alır.
Dialoq.az xəbər verir ki, Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.
O, Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Münsiflər Komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsinə xüsusi önəm verib.
Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin müqavilə qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir. Bu nailiyyətlərin müəllifi olan İlham Əliyevin əvəzolunmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.
Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalı olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktı dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur. Eyni zamanda, hərbi qüdrətin təcəssümü olan siyasi zəfərin diplomatik uğurunu qısa zamanda təmin etmək olduqca çətindir.
Ermənistanın beynəlxalq güclərin siyasi dəstəyi sayəsində 30 illik davam etdirdiyi işğala cəmi 44 gündə son qoymaq və Vətən müharibəsinin sonuncu akkordu olan 2023-cü ilin antiterror əməliyyatını 23 saata başa çatdırmaq əsl Ali Sərkərdənin, Siyasi Liderin dəmir iradəsi, son ana qədər güvəndiyi nümunəvi peşəkar Silahlı Qüvvələrin qalibiyyət əzmi sayəsində mümkün olduğundan bu Zəfər strategiyası, Qələbə doktrinası beş ildir ki, dünya hərb məktəblərinin, siyasət akademiyalarının tədris və təlim proqramlarında yer alır.
Azərbaycan dünya üçün digər bir gerçəkliyi də təqdim etdi, öz torpaqlarını azad etməklə, həm də dünyada yeni geosiyasi tarazlıq modelini ‒ haqqın, ədalətin, ləyaqətin düsturunu formalaşdırdı. Hərbi qüdrətinin fonunda və bir sıra hallarda müxtəlif qüvvələrin anti-sülh bəyanatları şəraitində regionda əbədi sülh carçısı olduğunu nümayiş etdirərək bunu praktiki əməli ilə təsdiqlədi, bölgədə dinc və birgəyaşayışın, tolerantlığın, kin və nifrətdən uzaq mülayim qonşuluğun modelini yaratdı.
Kənar təsirlərə və Ermənistandakı revanşist qüvvələrin təxribatlarına rəğmən təmkinlə, əsl sülh niyyəti və alicənab yanaşması ilə qarşı tərəfi sülh masasında əyləşdirdi, beynəlxalq alyansın böyük etimadla qarşıladığı uzunmüddətli sülhün təməlini qoydu. Bütün bu xüsusatlar müqabilində beynəlxalq hüquq Azərbaycanın yaratdığı siyasi reallığı əxz etdi, tamamilə ədalətə söykənən sülh gündəliyini nümunəvi format kimi təsdiqləməyə məcbur oldu.
Azərbaycan Lideri yorulmaz fədakarlığı, heyrətamiz diplomatiyası ilə bütün region, yaxın və uzaq coğrafiyaları birgə əməkdaşlıq, həmrəylik körpüsündə daha sıx birləşdirdi, enerji, nəqliyyat, logistika, kommunikasiya ailəsini möhkəmləndirdi. Bu təşəbbüskarlıq arxitekturasının növbəti təməli 2025-ci ilin avqust ayında Vaşinqton qoyuldu, sülh sazişinin paraflanması ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması və geridönməz sülh qapısına ayaq qoyması demək idi.
Sözsüz ki, Azərbaycanın irəlilətdiyi sülh inşası prosesi Ermənistan üçün də nicat qapılarını açdı. Son yarım ildə Qazaxıstan və Rusiyadan Azərbaycan üzərindən bu ölkəyə logistik axının başlanması, digər ölkələrlə inteqtrasiyanın qurulması, eləcə də Azərbaycanın özünün Ermənistana yanacaq satması bölgədə etimad habının əsasını qoydu, uzunömürlü sülhə inamı gücləndirdi.
Bakının xoşməramlı şərtlər toplusu və sülh proqramı bölgədəki bütün ölkələrin və xalqların rifahına xidmət edən yeni iqtisadi-humanitar platforma kimi təqdir olunur. Azərbaycan Prezidentinin başlatdığı quruculuq və bərpa prosesi Cənubi Qafqazın yeni nəqliyyat və logistika xəritəsini formalaşdırması yeni iqtisadi bağlantılar üçün əlavə fürsətlər yaradır. Bu mütərəqqi yanaşma və humanizm səyləri bir daha dövlətimizin yalnız hərbi qüdrətinin deyil, həm də strateji baxışını və beynəlxalq təhlükəsizliyə sadiqliyinin dünyaya nümayişi deməkdir.
Bütün bu faktorlar və digər mühüm amillər Prezident İlham Əliyevin layiqincə başa çatdırdığı mötəbər sülh və humanitar quruculuq missiyasının müasir dünya siyasi salnaməsində öz tarixi dəyərini aldığını təsdiqləyir.
Beləliklə, bu tarixi gerçəkliyi dəyərləndirən Şeyx Zayed Fondunun layiq gördüyü “Zayed İnsan Qardaşlığı Mükafatı”nın cənab Prezidentə verilməsi də yuxarıda vurğuladığımız ardıcıl və davamlı missiyanın tərənnümü və təcəssümüdür. Bu mükafat diplomatik uğurun simvolu olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Ali Rəhbərinin qlobal təsisatlara, beynəlxalq siyasi auditoriyaya qəbul etdirdiyi sülh gündəliyinin gerçəkliyi – dünyanın barışdığı sülh manifestidir.
Xatırlatma üçün qeyd etməliyik ki, BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilmiş eyniadlı Fond qlobal miqyasda humanitar əməkdaşlıq, sülh və həmrəylik rəmzi kimi qəbul edilir. Zayed Fondu Fondun bir neçə missiyası olsa da əsas ana məramı və fəlsəfəsi dünyada humanizm, dözümlülük və xalqlararası sülhün təşviqi, bu istiqamətdə dayanıqlı təşəbbüslərə dəstəyidir.
Fondun bu dəyərlərə olan hörmət və etibarının, yüksək etimadının təcəssümü və təltifi “Zayed İnsan Qardaşlığı Mükafatı”dır. 2019-cu ildən 19 ölkədən 19 şəxsin layiq görüldüyü bu nüfuzlu beynəlxalq mükafata layiq görülən dövlət və ictimai-siyasi xadimlərin sırasında Roma Papası Fransisk, BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və xanımı kraliça Raniyə Əl Abdullah, Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-Tayyib, Barbadosun Baş naziri Mia Amor Mottley və digər nüfuzlu şəxslər var.
Bu baxımdan, Azərbaycanın Prezidentinin sadalalan liderlərin və dünya xadimlərinin cərgəsində yer alması həqiqətən də qürurverici amil olmaqla bərabər, möhtəşəm uğur kimi qəbul edilir.
Mükafatın 2026-cı il üçün Münsiflər Komitəsində Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel, Afrika İttifaqı Komissiyasının sabiq sədri Mussa Faki Mahamat, UNICEF-in İcraçı direktoru Ketrin Rassel, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Müqəddəs Taxt-Tac nəzdində Mədəniyyət və Təhsil Dikasteriyasının prefekti Kardinal Xose Tolentino de Mendonsa və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın baş katibi
Məhəmməd Əbdülsəlam yer alıblar.
Ramid Namazov
Dialoq.az
Milli Məclisin deputatı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü