“Aİ-nin buna reaksiyası ikili yanaşmanın son həddidir” - Şərh
Siyasət
Oxunub: 142
17 Ara 2025 | 18:56
“Aİ-nin buna reaksiyası ikili yanaşmanın son həddidir” - Şərh

Erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqı (Aİ) və onun nəzarətində olan Avropa Parlamentində anti-Azərbaycan isterikası səngimir. Bu qurumlar Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolda əsas maneəyə çevriliblər. Xüsusilə, Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verir, müzakirə və qətnamələr qəbul edir. Hədəf və məqsəd bəllidir: Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə hər vəchlə mane olmaq. Digər bir səbəb isə Azərbaycanın dünyada artan nüfuzudur.

Elə dekabrın 2-də Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” də bu narahatlığın təzahürü saymaq olar.

Azərbaycan Xarici İşlər Nazirliyi sənədi Azərbaycan-Ermənistan sülh gündəliyinə zidd addım adlandırıb. Bu da təsadüfi deyil. Çünki sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb.

Aİ ilə Ermənistan arasında növbəti 7 il müddətində strateji prioritetləri müəyyənləşdirən ikitərəfli sənəddə Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəa əks olunsa da, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilmir. Bu hal Ermənistanın Vaşinqtonda imzaladığı TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.
“Aİ-nin buna reaksiyası ikili yanaşmanın son həddidir” - Şərh
Aİ-də “Tramp marşrutu” ilə bağlı ikili mövqe

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi layihəsinin 7-ci maddəsində tərəflər qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı üzərilərinə öhdəlik götürüblər. Aİ-nin buna reaksiyası ikili yanaşmanın son həddidir. Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə Aİ onun mövcudluğunun qorunmasını və missiyanın tam operativliyinin təmin olunmasını prioritetləşdirir.

Azərbaycanın haqlı gözləntisi isə odur ki, sözügedən sənədə dəyişikliklər olunmalı, ölkəmizin mövqeyi nəzərə alınmalıdır. Maraqlıdır ki, Avropa İttifaqı daxilində “Tramp marşrutu” ilə bağlı yekdil mövqe yoxdur. Məsələn, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosun bu günlərdə Ermənistan KİV nümayəndələri ilə söhbətində “Trampın sülh və firavanlıq marşrutu” ilə bağlı nikbin bəyanatlar verib. “Tramp marşrutu” layihəsi çərçivəsində vəsaitlərimizi yatırmağa hazırıq”, - deyən Maraqos Aİ-nin regionda istənilən infrastruktur layihəsini dəstəkləmək niyyətində olduğunu birmənalı şəkildə vurğulayıb. Lakin qurum daxilində bəzi qüvvələr, daha dəqiq ifadə etsək, sorosçu qüvvələr, “voukistlər”, liberallar bölgədə yaranan sülh prosesinə xələl gətirmək istəyirlər.

Ermənistandakı total siyasi həbslərə susan Aİ

Avropanın qərəzi bunlarla kifayətlənmir. Başa çatmaqda olan il Ermənistanda kütləvi həbslərlə yadda qalsa da, nə Avropa İttifaqı, nə də Avropa Parlamentindən reaksiya daxil olmur. Halbuki bu il ərzində Ermənistanı ciddi həbslər, repressiyalar dalğası bürüyüb. Lakin baş verənlər beynəlxalq media və Qərb dövlətləri tərəfindən hələ də pislənməyib.

Həbs edilənlərin siyahısında din xadimlərindən tutmuş, iş adamları, müxalif siyasi birlik və partiyaları təmsil edən onlarla insan var. Təkcə 2025-ci ildə Ermənistanda həbs və məhkum edilmiş şəxslərin yalnız bir qisminin adlarını Aİ-nin yadına salmaq lazımdır. Siyahıda Ovik Abramyan, Vardan Qukasyan, David Ambartsumyan, Razmik Mkrtçyan, Vardan Arutyunyan və Ermənistanın “milli qəhrəmanı” Tiran Xaçatryan və digərləri var. Aİ hətta kilsə nümayəndələri və keşiş Qalstanyan işi üzrə həbs edilənlərlə də bağlı reaksiya göstərməyib. Burada Tavuş etirazlarının lideri Baqrat Qalstanyan, arxiyepiskop, Şirak yeparxiyasının başçısı Mikael Acapaxyan, Bütün Ermənilərin Katolikosu II Qareqinin qardaşı Gevork Nersisyan və digərlər var. Mülki şəxslər siyahısında isə Rusiya-Ermənistan iş adamı, “Taşir Qrup”un sahibi Samvel Karapetyan, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Musalersk filialının baş mühəndisi Ara Avakyan, siyasi bloqçu, “İmnemnimin” proqramının aparıcılarından biri Narek Samsonyan, “İmnemnimin” proqramının aparıcılarından biri Vazgen Saqatelyan, vəkil Ruben Mxitaryan və s. şəxslər var.
“Aİ-nin buna reaksiyası ikili yanaşmanın son həddidir” - Şərh
Lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Aİ və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir.

Aİ-nin müharibə cinayətkarlarına sevgisi də bitmir. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi.

Bütün bunlar onu deməyə əsas verir ki, Aİ-ni Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan və Ermənistanın üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparması, sərhəddə atəşin açılmaması narahat edir. Bölgədə ayırıcı xətlər çəkməyə çalışan Qərbi həm də Azərbaycanın artan nüfuzu narahat edir. Lakin hamıya məlumdur ki, Aİ artıq parçalanma və ziddiyyətlər içində çabalayır. Konkret olaraq, sanksiyaların işləməməsi və ya kağız üzərində qalması buna misaldır.

Aİ böyük siyasətdə subyektliyini itirir. ABŞ-nin yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında Avropada vüsət almış böhran və dəyərlərin itirilməsi ideyaları bunu açıq nümayiş etdirir. Ukraynada qanlı müharibənin getdiyi, minlərlə insanın öldüyü bir dönəmdə diqqətini sülh prosesinin getdiyi Azərbaycan və Ermənistana yönəltməyin bir hədəfi var - sülh prosesinə mane olmaq və bölgədə itirdiyi təsir imkanlarını İrəvan üzərindən bərpa etmək.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Bugün, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb