Bələdiyyələr kimlərə xidmət etməlidirlər? Qanun nə deyir?
Siyasət
Oxunub: 333
6 Ock 2025 | 19:44
Bələdiyyələr kimlərə xidmət etməlidirlər? Qanun nə deyir?
29 yanvar 2025-ci il tarixdə ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq tədbirləri həyata keçirilir. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə ölkəmizdə keçirilən hər bir uğurlu tədbir, atılan müsbət addımlar hər zaman olduğu kimi bu gün də bizləri sevindirməkdədir. Ancaq təəssüflər olsun ki, keçirilən tədbirlərin, yerinə yetirilən uğurlu işlərin sonunda qanunla qarşıya qoyulmuş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müəyyən vəzifəli şəxslərin və ya qurumların fəaliyyətsizliyini, yaxud da formal fəaliyyətini görəndə insan sevindiyindən də iki qat artıq məyus olur. Bunu "Dialoq.az" xəbər saytına yazıçı, şair, ictimai xadim Natiq Əlisoy bildirib:

"Hər kəsə məlumdur ki, 29 yanvar 2025-ci il tarixdə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri sayca 6-cı ümumrespublika bələdiyyə seçkisi olacaq. Bu tarix xalqımız, millətimiz və dövlətimiz üçün çox önəmli və vacib bir tarixdir. Ona görə ki, "Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu"na nəzər saldıqda ölkəmizdə yaradılmış bələdiyyə sisteminin müsbət və vacib əhəmiyyəti aydın şəkildə görsənir.
Belə ki, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına, gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrində dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərin həllində bələdiyyələrin xüsusi xidmətləri nəzərdə tutulur.

Bəli, gördüyünüz kimi qanuna əsasən saymaqla bitməyən vəzifə öhdəlikləri və məsuliyyəti olan bələdiyyələrin ölkəmiz və vətəndaşlarımız üçün hansı əhəmiyyətə malik olduğunun bir daha şahidi olduq.
İndi gəlin görək bu günə qədər neçə bələdiyyə ötən beş il ərzində gördüyü işlərlə bağlı çox yox, yarımca saat hesabat xarakterli çıxış edib öz seçicilərini inandıra bilər ki, onlar hansısa işləri görüblər... Əlbəttə bunu nəinki görmək, heç belə təsəvvür etmək mümkün deyil... Seçkiqabağı şirin dillərini, adamlarını işə salıb, ağıllı sifət alaraq dəridən-qabıqdan çıxan böyük əksəriyyət bələdiyyə "keşikçi"ləri seçildikləri andan necə yuxuya gedirlərsə növbəti bələdiyyə seçkilərinə kimi ayıla bilmirlər.

Odur ki, çox uzatmadan düşünürəm ki, bu məsələyə ciddi diqqət ayrılmalıdır, ötən illərdə olan boşluqlar növbəti illərdə təkrarlanmamalıdır. Bu seçki bələdiyyələr üçün dönüş nöqtəsi olmalıdır. Bələdiyyələr xalqa, vətəndaşlara vicdanla xidmət etməlidirlər, onların qayğıları ilə yaşamalıdırlar. Hər bir bələdiyyə öz vəzifə borcuna görə xidməti vəzifəsini şərəflə yerinə yetirməlidir. Bələdiyyə sədri torpaq satmaqla yox, bələdiyyə mülkiyyətini düzgün idarə etməklə gələn gəlirləri təyinatı üzrə yerli əhəmiyyətli məsələlərə istifadə etməklə ad çıxarmalıdır. Bələdiyyə büdcəsi bələdiyyələrin şəxsi büdcəsinə cevrilməməlidir. İnanıram ki, deyilənlərdən və edilən haqlı tənqidlərdən müsbət nəticə çıxarılacaq,-Deyə Natiq Əlisoy bildirib.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü