Tanınmış ictimai və mədəniyyət xadimi Aydın (Xan) Əbilovun deputatlığa namizədliyi qeydiyyata alınıb

YYSİB-dən "Dialoq.az"a verilən məlumatlara görə, qarşıdan gələn 1 sentyabr 2024-cü il tarixli Milli Məclisə növbədənkənar seçkilərdə Bakının Yasamal rayonunda yaşayan vətəndaşların, paytaxt sakinlərinin sosial-siyasi sifarişi, çoxsaylı təklifi ilə namizədliyi irəli sürülmüş tanınmış ictimai və mədəniyyət xadimi Aydın Əbilov ilə bağlı Dairə Seçki Komissiyasında rəsmi müsbət qərar qəbul edilib.
Məlumat üçün bildirək ki, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın, eyni zamanda, Yenimedia.net analitik-informasiya portalının təsisçisi, baş redaktoru, tanınmış ictimai lider, mədəniyyət xadimi, Prezident təqaüdçüsü, məhsuldar yazıçı-kulturoloq, məhşur KİV, yeni media, sosial şəbəkə və televiziya eksperti Aydın (Xan) Əhməd oğlu Əbilovun deputatlığa namizədliyi Yasamal 3-cü Seçki Dairəsindən irəli sürülmüşdü.

Seçki qərargahının gənclərdən ibarət könüllü fəal üzvləri tərəfindən qısa zaman ərzində qanunvericiliyə uyğun olaraq, tələb olunan 500 imza vərəqləri seçici hüquqlu vətəndaşlar tərəfindən imzalanması təmin edilib, daha sonra 17 saylı Yasamal 3-cü DSK-na təqdim olunan sənədlərlə birlikdə yoxlanılaraq, Aydın Əhməd oğlu Əbilovun deputatlığa namizədliyi rəsmi qaydada qeydiyyata alınıb.

Aydın (Xan) Əbilov bununla əlaqədar sosial media səhifəsində əsasən gənclərdən ibarət imzatoplayan qrupların üzvlərinə, inanaraq onun namizədliyini dəstəkləyən seçicilərə, eləcə də dəstəkləyən hər kəsə xüsusi minnətdarlığını çatdırıb.
Yeri gəlmişkən, müəyyən sosial-iqtisadi, məişət səviyyədə gərginliklərlə seçilən Seçki Dairəsinin hüdudlarına paytaxın evləri köçürülərək əvəzinə Qış parkı salınan ərazilər – keçmiş “Sovetski”, “Kubinka” kimi sosial gərginliyi ilə tanınan məhəllələr, eləcə də İnşaatçılar prospekti, köhnə “Orbit” mağazasının arxası, Beşmərtəbə kimi məşhur olan – Milli Akademik Dram Teatrı tərəflər daxildir.
Verilən məlumatlara görə, Aydın Əbilovun yaradılmış Seçki Qərargahının komandası ən yeni formatlardan, real və virtual metodlardan yararlanaraq, təbliğata icazə verilən vaxtdan – 9 avqust 2024-cü il tarixindən etibarən, modern formada seçki təbliğat kampaniyasına başlamasını planlaşdırılır. Deputatlığa namizədin özünün, eləcə də tərəfdarları olan tanınmış ictimai-mədəni simaların birbaşa iştirakıyla təbliğat və tanıtım aksiyalarına, virtual və real tədbirlərə, vətəndaşlarla birbaşa görüşlərə, seçicilərlə canlı ünsiyyətə üstünlük veriləcək.
Biz də "Dialoq.az" xəbər saytı adından hörmətli Aydın Xan müəllimə uğurlar arzu edirik!
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü