İraq-Azərbaycan əlaqələri möhkəm dostluq prinsiplərinə əsaslanır!

Məlumdur ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik, birlik nümayiş etdirir. Beynəlxalq səviyyədə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, ərazi bütövlüyümüzü müdafiə edirik. Tariximizə nəzər salsaq görərik ki, Azərbaycan və 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Bununla yanaşı Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 31 oktyabr 2008-ci il tarixində yaradılmışdır. Bakı və Bəsrə şəhərləri qardaşlaşmış şəhərlərdir. Məlum olduğu kimi bir neçə gün öncə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfər edib. Bəli, həqiqətən də bu səfərin tarixi əhəmiyyəti vardır. Çünki bu İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Səfər çərçivəsində cari ilin noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Möhtərəm Prezidentimiz çıxışında İraq Respublikası ilə olan möhkəm dostluq əlaqələrindən bəhs edərək, bir sıra tarixi faktları da ictimaiyyətin diqqətinə çatdırdı. Ermənistanın vaxtilə təqribən 20% torpaqlarımızı işğal etməsi və Qarabağ məsələsi ilə əlaqədar fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun bu işin həllində heç bir müsbət addım atmaması, həmçinin BMT-nin qətnamələrinin sadəcə kağız üzərində 30 ilə yaxın müddətdə qalması tarixi həqiqətlərdir. Bu gün Azərbaycan suveren və ərazi bütövlüyünü tam şəkildə təmin etmiş dövlətdir. Bu gün Ermənistan tərəfi sülh təklifimizi qəbul etməkdən yayınır, Cənab Prezidentin söylədiyi kimi Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüququ bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Bəli, heç bir qüvvə bizim suveren hüquqlarımızı poza bilməz. Ərazi bütövlüyümüz vahiddir, toxunulmazdır və bölünməzdir. Ermənistan tərəfi regionda davamlı sülhün olması üçün bizim konstruktiv mövqeyimizlə razılaşmalıdır, sülh təklifini qəbul etməlidir. Əks hal onlara zərər verəcək.
Azərbaycan İraqla iqtisadi, ticari, turizm və digər bir çox mühüm sferalarda əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıdır. İnanırıq ki, bundan sonra da iki dost ölkə arasında əlaqələr daha da güclənəcək. Bu faktdır ki, Azərbaycan Prezidentinin apardığı müdrik siyasət ölkəmizin milli maraqlarını layiqincə təmin edir. Eyni zamanda bu müdrik siyasət beynəlxalq hüquq normalarına, haqq-ədalətə tam uyğundur. Hər kəs şahid olur ki, bizim konstruktiv mövqeyimiz və güclü siyasətimiz bütün dünyada sülhə çağırış edir.
Milli Məclisin deputatı İlham Məmmədov
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı