SON XƏBƏR: Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata əsasən Dialoq.az xəbər verir ki, noyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə üç qanun layihəsi daxil edilib.
Birinci məsələ olan “Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin (birinci oxunuş) vacibliyinə toxunan birinci vitse-spiker sənədin cinayət təqibi üzrə qiyabi icraat qaydalarını və mexanizmlərini müəyyən etdiyini bildirib. O, məsələ ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmova söz verib.
Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycanda qiyabi icraatla bağlı mülki prosessual qanunvericilikdə bütöv bir fəsil olsa da, Cinayət-Prosessual Məcəllədə (CPM-də) sadəcə cəmi 3 maddədə işə qiyabi baxılmasının mümkünlüyü ifadə olunub. Bildirilib ki, cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə CPM-ə əlavə olunması təklif edilən LIV-II fəsil bu məsələni həll edir.
Cinayət prosesində qiyabi icraat institutuna müraciət olunmasının konseptual məqsədindən danışan Bəhruz Məhərrəmov layihədə təsbit olunan qiyabi icraat prosedurları, o cümlədən cinayət təqibi üzrə qiyabi icraatın açılması, ona xitam verilməsi, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi kimi qaydalar barədə ətraflı məlumat verib. O, təklif olunan dəyişikliklərin digər istiqamətinin isə prosessual sənədlərin rəsmi qaydada verilməsini ehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, layihədə CPM-ə prosessual sənədlərin çatdırılması, qəbulu və digər məsələləri tənzimləyən IV-I fəslin əlavə edilməsi təklif olunub.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin rəisi Aynur Osmanova təqsirləndirilən şəxslərə qarşı qiyabi məhkəmə icraatının aparılması ilə bağlı qanunvericilikdə mövcud prosedurların çatışmazlığını və dəyişikliklərin zəruriliyini diqqətə çatdırıb. O, qiyabi məhkəmə icraatının Azərbaycan Respublikasının ədalət mühakiməsindən yayınan şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, dövlətin konstitusiya quruluşu və təhlükəsizliyi əleyhinə olan cinayətlərin hüquqi təqibinin həyata keçirilməsinə yaratdığı imkanlardan danışıb. Vurğulanıb ki, qanun layihəsində beynəlxalq hüququn, konvensiyaların tələbləri nəzərə alınıb.
Əli Hüseynli gündəliyin ikinci məsələsi olan “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair bildirib ki, sənəd dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.
Sonuncu məsələ olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, layihə iqtisadi və biznes fəaliyyəti sahəsində yaranan borc öhdəlikləri ilə bağlı mübahisələrin həllinə yönəldilib.
Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitə üzləri Fəzail Ağamalı, Kamal Cəfərov, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Erkin Qədirli, Elşən Musayev, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Yazıçı, jurnalist, AJB və AYB-nin üzvü Natiq Əlisoy
Dialoq.az
Dün, 23:33
Yevlaxda daha iki şəhidin anım tədbiri keçirilib
Dün, 01:12
Yevlaxda iki qardaşın acınacaqlı həyatı:Köməyə ehtiyacları var
18-11-2026, 16:06
İstilik verilən məktəblərin sayı açıqlandı
18-11-2026, 11:49
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
17-11-2026, 12:44
Yevlaxda dəhşətli qəza: 30 və 26 yaşlı iki nəfər dünyasını dəyişdi
16-11-2026, 22:41
Yevlaxda gecə faciəsi: 50-dən çox heyvan tələf oldu-VİDEO
16-11-2026, 17:44
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
16-11-2026, 08:29
Bakıda avtomobil gənc qızı vurub
15-11-2026, 19:06
Yevlaxlı tar ifaçısı Nicat Məmmədov İctimai Televiziyanın efirində-VİDEO
15-11-2026, 17:27
Gənc həkim infarktdan öldü
15-11-2026, 17:21
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
15-11-2026, 17:18
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
14-11-2026, 19:02
BDYPİ sürücülərə müraciət etdi - Foto
12-11-2026, 23:12
Yevlaxın Aran qəsəbəsində xeyirxahlıq nümunəsi: Hərəkət imkanları məhdud şəxsə yeni əlil arabası hədiyyə edildi
12-11-2026, 22:20
Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
12-11-2026, 21:20
Yevlaxda şəhid İldırım Ağayevin anım tədbiri keçirilib
12-11-2026, 14:04
Heydər Əliyev və Azərbaycanın suveren dövlətçilik modelinin formalaşması
12-11-2026, 14:01
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:58
Qəbiristanlıqdan meyit tapıldı
12-11-2026, 13:55
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12-11-2026, 10:10
Mingəçevirin 78 illiyi təntənəli şəkildə qeyd olunub: Rektor Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə təltif edilib
11-11-2026, 22:17
Mingəçevirdə piyadanı maşın vurdu
11-11-2026, 19:28
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11-11-2026, 11:55
Arvadının iynə vurduğu kişi öldü - Foto
11-11-2026, 11:52
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11-11-2026, 11:50
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir