Hüquqi və demokratik Azərbaycanın qüdrəti sarsılmazdır.

Azərbaycanda elə bir sahə yoxdur ki, orada Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmasın, çox hallarda da Ulu Öndər məhz bu işlərin qurucusu və yaradıcısıdır. Eyni zamanda, onunla bağlı, hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Bir sözlə Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, Vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Mən də belə bir böyük şəxsiyyətin zamanında yaşamağıma və onun məktəbindən dərs aldığıma görə özümü hədsiz dərəcədə xoşbəxt hiss edirəm. Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri yetişdirmiş xalqlardan olmaqla, XX əsrdə dünya siyasətində həm Sovetlər Birliyində, həm də müstəqillik illərində çox tanınan siyasətçi və görkəmli dövlət adamı, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev kimi şəxsiyyət yetirən bir xalqdır. Əlbəttə ki, Azərbaycan indiyədək çətin və olduqca mürəkkəb olan tarixi sınaqlarla qarşılaşmışdır. Ancaq bu hadisələr içərisində ən önəmli olan dövlət müstəqilliyinin qorunub saxlanılmasıdır. Milli müstəqilliyin əsas qayəsi, ilk növbədə, müstəqil dövlətin qurulmasında və səmərəli şəkildə fəaliyyət göstərməsində öz ifadəsini tapır. Suveren dövlət müstəqil şəkildə özünü ifadə edən millətin həlledici atributudur. Başqa sözlə desək, suveren dövlət anlayışı milli müstəqilliyin ayrılmaz tərkib hissəsi keyfiyyətində qavranılır. Bəli, Ümummilli Lider Heydər Əliyev “müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” kəlmələri ilə əslində, Azərbaycanın dövlət müstəqilliyinin tarixi hadisə kimi qərar tutmasını bəyan etmişdir. İndi hər bir vətandaş müstəqilliyin yaratdığı imkanlardan faydalanır, ölkənin iqtisadi resursları, təbii sərvətləri xalqın xidmətinə verilib. Müstəqillik sözün həqiqi mənasında, tarixi nemət, milli yüksəlişin hərəkətverici qüvvəsi, əvəzi olmayan özünüifadə imkanıdır. Ona görə də qədirbilən xalqımız bizə əbədi olaraq müstəqilliyimizi bəxş etmiş dahi Heydər Əliyevin əziz xatirəsini hər zaman dərin ehtiram hissi ilə anır. Siyasi ədəbiyyatda milli suverenliklə yanaşı, xalq suverenliyi anlayışı da işlədilir. Xalq suverenliyi doktrinasının müəllifi Russonun fikrincə, dövlətdə ali hakimiyyət xalqa məxsusdur. Başqa sözlə desək, suverenlik haqqı monarxa deyil, yalnız xalqa məxsusdur. Heç də təsadüfi deyil ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində xalq Milli Liderimiz Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu seçimlə Azərbaycan xalqı müstəqillik yolunda yeni bir dövrə qədəm qoydu. Həmin dövrdə ölkə hələ də sovetlər zamanında qəbul edilmiş qanunlarla idarə olunurdu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra artıq yeni Əsas Qanunun – Konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdı. 1993-cü ildə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, respublikanın ictimai-siyasi həyatında baş vermiş dəyişikliklər ölkənin əsas sənədində öz əksini tapmamışdı. Bütün bunlar müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasını şərtləndirən amillərdən idi. Ölkənin rəhbəri kimi Ulu Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o, ölkənin yeni Konstitusiyasının qəbulunu önəmli hesab edirdi. 1995-ci ildə Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycanın yeni Konstitusiyasının ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu sahəsində yeni dövr başlandı. Məhz yeni Konstitusiyanın verdiyi imkanlar sayəsində ölkədə çox qısa bir vaxtda hüquqi, iqtisadi, sosial islahatları həyata keçirmək, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması yolunda inamlı addımlar atmaq mümkün oldu. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə belə deyib: “Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətidir”. Azərbaycan Respublikasının Konstitusiyası xalqın suverenlik hüququnu birmənalı və qəti şəkildə təsbit etmişdir. Konstitusiyanın 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu isə təbii ki, Azərbaycan xalqının yüksək dəyərə malik olmasının bariz nümunəsidir. Bu gün vahid konstitusiyası, hüquqi cəmiyyəti olan və demokratik prinsiplərə əsaslanan Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi altında qüdrətli və sarsılmaz dövlətə çevrilib. Azərbaycan hərtərəfli inkişaf edib, beynəlxalq müstəvidə etibarlı nüfuz sahibinə çevrilib. Dövlət müstəqilliyinin növbəti etibarlı təminatı məhz güclü Ordudur. Müzəffər Ali Baş Komandanımızın peşəkar idarəçiliyi, qətiyyəti və yenilməz Ordumuzun rəşadəti hesabına 44 günlük Vətən müharibəsində, eləcə də 2022-ci və 2023-cü ilin sentyabr aylarında həyata keçirilən antiterror tədbirlərində Ermənistan ordusu və seperatizmi məhv edildi. Bizim əldə etdiyimiz parlaq Qələbələr ərazi bütövlüyümüzü tam şəkildə təmin etmiş möhtəşəm hadisədir, şanlı Tariximizdir. Bu günlərdə biz ard-arda tarixi və milli bayram günlərini qeyd edirik. Qoy Uca Tanrı daim xalqımıza sevincli günləri qeyd etməyi qismət etsin. Məndə xalqımızı qarşıdan gələn Zəfər Günü, Bayraq Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.
Milli Məclisin deputatı İlham Məmmədov
Dialoq.az
Dün, 16:36
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
Dün, 08:38
Tovuzda su kanalında iki meyit aşkarlandı - FOTOLAR
Dün, 00:13
Yevlax sakini olan 56 yaşlı şəxsin meyiti Ağdaşda kanaldan tapılıb.Yenilənib-VİDEO
17-08-2026, 23:30
Yunanıstanda helikopter qəzası - Ölənlər var
17-08-2026, 16:10
Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nazim oğlu Eminovun doğum günüdür
17-08-2026, 12:53
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
17-08-2026, 12:50
27 yaşlı oğlan futbol oynayarkən öldü
16-08-2026, 15:11
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib-VİDEO
16-08-2026, 12:40
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb
16-08-2026, 12:29
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
16-08-2026, 11:53
Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu
15-08-2026, 23:56
Yevlaxda konsert proqramı təşkil edilib
15-08-2026, 23:47
Ucarda “KamAZ” “Ford”la toqquşdu - Ölənlər var-Fotolar
13-08-2026, 12:11
Yevlaxda baş verən ağır qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub
13-08-2026, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
12-08-2026, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman