Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Qalib Xalqın, Qalib Lideri!
Siyasət
Oxunub: 94
17 Ekm 2023 | 11:52
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə  daxil olmuşdur. Qalib Xalqın, Qalib Lideri!
Hər zaman tarixin çətin sınaqları ilə qarşılaşmış ölkəmiz öz hədəflərinə çatmaq üçün qürurla, ədalətlə mübarizə aparmışdır. Necə ki, 90-cı illərin əvvəllərində ölkəmiz uçurumun kənarında dayanan zaman xalq öz xilaskarını Bakıya təkidlə dəvət etdi və bu hadisədən sonra Ulu Öndər Heydər Əliyev bütün çətinlikləri aradan qaldırmaqla Azərbaycanın qurtuluşuna imza atdı. 1993-2003-cü illər ərzində məhz Ulu Öndərimizin misilsiz xidmətləri ilə Azərbaycan böyük inkişaf yoluna çıxdı. Bildiyimiz kimi 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, bu sözlər tam reallığa çevrildi. Azərbaycan sözün əsl mənasında ağılasığmaz dərəcədə böyük uğurlara imza atdı. 2003-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində cənab İlham Əliyev seçicilərin səsini qazanaraq Azərbaycan Respublikasının Prezident seçilmişdr. Azərbaycan xalqı doğru və müdrik seçim etmişdi. Səsini Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi cənab İlham Əliyevə vermişdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu, Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Xüsusilə qeyd edim ki, ötən illər ərzində aparılan müdrik siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü də tam şəkildə təmin olundu. Bəli, 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində erməni təcavüzkarlarını məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu uğurlu proseslərin davamı kimi 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində doğma Qarabağdakı separatizm məhv edildi, ərazi bütövlüyümüz tam şəkildə təmin olundu. Bir daha bütün dünya şahid oldu kimi xalqımız Prezident İlham Əliyevin- öz Liderinin seçimində əsla yanılmayıb.
Möhtərəm Prezidentimiz bir neçə gün öncə işğaldan azad olunan doğma torpaqlarımızda-Xankəndində, Əsgəranda, Xocalıda, Xocavənddə Azərbaycan bayrağını qürurla ucaltdı. Bir daha xalqa Xankəndindən müraciət edərək, bütün dünyaya tarixi mesaj verdi ki, Qarabağ Azərbaycandır və heç kim bizim ərazi bütövlüyümüzü poza bilməz.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində bir daha sübut olundu ki, Azərbaycan ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Milli Məclisin deputatı İlham Məmmədov
Dialoq.az
28-11-2023, 22:56
Tanınmış jurnalist Heydər Oğuz Naxçıvanda xidmət edən zabitlərin pozulmuş hüquqlarından danışdı! - Video
27-11-2023, 18:10
Bakıda Zirvə görüşü-Bakı Zirvədə. Bizim həmin dövlətlərlə ortaq tarixi köklərimiz, mədəniyyətimiz vardır.
26-11-2023, 11:00
Tanınmış jurnalist Heydər Oğuz Kərəm Mustafayevin növbəti səhlənkarlığı haqda danışdı. Kərəm paşadan bundan artıq nə gözləmək olar?
24-11-2023, 19:37
SON XƏBƏR: Yevlaxda narkomaniyaya qarşı növbəti maarifləndirmə tədbiri keçirilib.
22-11-2023, 20:44
İraq-Azərbaycan əlaqələri möhkəm dostluq prinsiplərinə əsaslanır!
22-11-2023, 14:22
Sağlamlığın daha etibarlı təminatı - İcbari Tibbi Sığorta sistemi
18-11-2023, 15:27
SON DƏQİQƏ! Prezident bu naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM (FOTO)
17-11-2023, 23:11
SON XƏBƏR: Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib
17-11-2023, 12:31
Tanınmış azərbaycanlı yazıçıdan maraqlı fikir: Həqiqi yazar zəmanəsinin yetimidir...
16-11-2023, 21:33
Azərbaycanda bu şəxslərə birotaqlı mənzillər verilə bilər
15-11-2023, 14:40
ÜZÜCÜ XƏBƏR: Naxçıvanda Ordumuzun zabiti dünyasını dəyişib.
12-11-2023, 22:13
Yevlaxda 32 yaşlı kişinin güllələndiyi anın görüntüləri yayılıb.
10-11-2023, 13:23
Hüquqi və demokratik Azərbaycanın qüdrəti sarsılmazdır.
7-11-2023, 10:50
Şanlı Tariximiz. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq.
6-11-2023, 15:59
Yevlax rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində "8 Noyabr Zəfər Günü"nə həsr olunmuş şahmat və futbol birinciliyi keçirilib.
2-11-2023, 19:21
Yevlax rayon "Uşaq Gənclər İdman Şahmat Məktəbi"ndə sərbəst güləş üzrə açıq birincilik keçirilib.
28-10-2023, 14:07
SON XƏBƏR: Vətən müharibəsi iştirakçısı həyatından danışdı. Mən məcbur qalmışam, bilmirəm nə edim...
21-10-2023, 15:38
Yevlaxda təbii fəlakət nəticəsində sıradan çıxmış binaların dam örtüyünün təmirinə başlanıb.
18-10-2023, 16:10
Yazıçı Natiq Əlisoy: Bəlkə də bir çoxları məni qınayacaq, ancaq...
17-10-2023, 11:52
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Qalib Xalqın, Qalib Lideri!
13-10-2023, 15:26
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev kursu - İlham Əliyev siyasəti: İnkişafdan zəfərə” adlı konfrans keçirilib
12-10-2023, 19:22
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Milli Məclisin xüsusi iclası keçirilib
12-10-2023, 11:13
Azərbaycan xalqı doğru və müdrik seçim etmişdir. Böyük Tarixi Sərkərdə, müdrik strateq.
9-10-2023, 15:43
Yazıçı Eluca Atalı - "İt Yuvasında Bitən Yol" - Özəl
7-10-2023, 23:28
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumları pisləyib
1-10-2023, 12:48
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin bir qrup heyəti Yevlax şəhərində Şəhid Emin Rüstəmovun ailəsini ziyarət edib.
30-09-2023, 19:05
Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbində "27 sentyabr Anım Günü"nə həsr olunmuş yarış keçirilib.