“Heydər Əliyev İli” çərçivəsində Yevlaxda “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Dialoq.az xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, Ağsaqqallar Şurasının, idarə və müəssisələrinin rəhbərləri,Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasından və bu istiqamətdə həyata keçirlimiş müdrik siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək, bildirib ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatında tərəqqi dövrünü əhatə edən bütöv bir dövr Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və bugünkü inkişafının təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” böyük rol oynayır. Ulu öndər o dövrdə ölkəmizin gələcək inkişafını Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü və bir çox çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin, ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqi konsepsiyasının əsası qoyuldu. Rayon rəhbəri qeyd edib ki, “Əsrin müqaviləsi” bütün dünyaya bir daha sübut etdi ki, bundan sonra təbii sərvətlərimizin əsl sahibi Azərbaycan xalqıdır. Ulu Öndər irsinin ən layiqli davamçısı Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə də “Əsrin müqaviləsi” mühüm pay sahibidir desək, yanılmarıq. Neft-qaz ixracından əldə edilən gəlirlər sayəsində müasir ordu quruculuğunun həyata keçirilməsi, beynəlxalq münasibətlər sistemində haqq səsimizin davamlı olaraq eşidilməsi bunun ən böyük bariz nümunəsidir. Hər birimiz üçün qürurludur ki, Azərbaycan bu gün tərəqqi yolunda inamla və uğurla addımlayır.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, 1994-cü ildə bağlanmış Əsrin Müqaviləsi ölkəmizdə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Vurğulanıb ki, Azərbaycan bu gün qüdrətli dövlətə çevrilib. Ulu Öndərin müdrik siyasəti cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir və ölkəmiz bütün sferalar üzrə uğurlu inkişaf yolu keçir.
Sonra tədbirdə çıxış edənlər, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax üzrə nümayəndəliyinin sədr müavini, yazıçı Natiq Əlisoy, Yevlax rayon Duzdaq qəsəbəsi ümumi orta məktəbin direktoru Gülnar İsayeva və Yevlax şəhər 7 nömrəli tam orta məktəbin direktor müavini Nərmin Səmədova vurğulayıblar ki, müasir Azərbaycanın qurucusu dahi Heydər Əliyev xalqımızın ən böyük xilaskarıdır. Ulu Öndər Heydər Əliyevin milli maraqlarımız naminə həyata keçirdiyi müdrik siyasətindən geniş bəhs edən natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, möhtərəm Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası gələcəkdə də Azərbaycana daha böyük uğurlar qazandıracaq.
Sonda Yevlax şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kərimli Rəhman Elmar oğlu tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeir təqdim olunub.






Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı