Millət vəkili İlham Məmmədov: Vətən müharibəsi tarixi Qələbəmizdir.
Tarixin bir çox mərhələlərində, xüsusilə son 250-300 il ərzində doğma Azərbaycan torpaqları erməni təcavüzkarlarının davamlı işğalına məruz qalmışdır. Şahidlik etdiyimiz təcavüzkar hadisələr və erməni soyqırımıları tarixi faktlardır. XX əsrin başlanığıcında və ortalarında olduğu kimi 1990-cı illərin əvvəlində də erməni məkirli planı məhz bizim həmvətənlərimizin öz əzəli yurdlarından zorla köçürülməsi ilə nəticələndi. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Bütün terror-təxribat aktları, soyqırımıları erməni vandalizminin bariz nümunəsidir. Ölkə Prezdienti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ilədək dəfələrlə beynəlxalq tribunalardan Ermənistan siyasi rəhbərliyinə təklif edir ki, Qarabağ Azərbaycan torpağıdır, ətrafında olan 7 rayon bizim əzəli yurdumuzdur. Bu torpaqları sülh yolu ilə tərk edin. Nə sülhə, nə də müharibə üsuluna məhəl qoymayan Ermənistan 44 günlük Vətən müharibəsinin başlanması ilə cəzasını ağır şəkildə aldı. ətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Bəli, sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Müzəffər Ali Baş Komandanımızın peşəkar rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi Zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Cari ilin sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.Bu tədbirlər nəticəsində seperatizm məhv oldu və təcavüzkarlar öz məğlubiyətini bütün dünyanın gözü qarşısında bəyan etdi. Nəticədə məhz erməni icmasının nümayəndələrinin Yevlax şəhərində bizimlə görüşə gəlməsi vəbir çox xahişlərlə dövlətimizin başçısına müraciətlər etməsi erməni seperatizminin məhv olmasının əyani göstəricisidir. Biz qürurluyuq.Ona görə ki, ərazi bütövlüyümüz tam şəkildə təmin edilib!
Öz adlarını tarixin şanlı səhifələrinə yazan igid oğullarımızın adı əbədi olaraq qəlbimizə və yaddaşımıza həkk olundu. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq. Allah Ali Baş Komandanımızı və Ordumuzu qorusun, sağlamlıqlarını itirən qazilərimizə şəfa versin.
Dialoq.az
Dün, 16:36
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
Dün, 08:38
Tovuzda su kanalında iki meyit aşkarlandı - FOTOLAR
Dün, 00:13
Yevlax sakini olan 56 yaşlı şəxsin meyiti Ağdaşda kanaldan tapılıb.Yenilənib-VİDEO
17-08-2026, 23:30
Yunanıstanda helikopter qəzası - Ölənlər var
17-08-2026, 16:10
Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nazim oğlu Eminovun doğum günüdür
17-08-2026, 12:53
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
17-08-2026, 12:50
27 yaşlı oğlan futbol oynayarkən öldü
16-08-2026, 15:11
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib-VİDEO
16-08-2026, 12:40
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb
16-08-2026, 12:29
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
16-08-2026, 11:53
Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu
15-08-2026, 23:56
Yevlaxda konsert proqramı təşkil edilib
15-08-2026, 23:47
Ucarda “KamAZ” “Ford”la toqquşdu - Ölənlər var-Fotolar
13-08-2026, 12:11
Yevlaxda baş verən ağır qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub
13-08-2026, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
12-08-2026, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı
7-08-2026, 15:28
Media və Yayım Şurası yaradıldı - Fərman
