Millət vəkili İlham Məmmədov: Ordumuzun döyüş meydanında vurduğu möhtəşəm "qol"dan sonra separatçı düşmənin məğlub nümayəndə heyəti Yevlaxa, meydanın mərkəzinə dəvət edildi.

Millət vəkili İlham Məmmədov Ordumuzun 19 sentyabr 2023-cü il tarixdə Qarabağ ərazisində dislokasiya olunmuş keçmiş qeyri-qanuni erməni silahlı birləşmələrinin qalıqlarının törətdiyi təxribatlara cavab olaraq keçirdiyi lokal anti-terror tədbirləri ilə bağlı Dialoq.az saytına maraqlı açıqlama verib:
Hesab edirəm ki, bu məğlubiyyət ermənilərin son biabırçı məğlubiyyəti və onların havadarlarının isə son oyun tamaşası idi. Düşünmürəm ki, bu gündən sonra hansısa ağılsız, ermənilərin küçə səviyyəsində formalaşmış futbol oyununa maraq göstərib bilet alsın. Çünki bu dəfə son oyun yerləşdiyi coğrafi və strateji mövqeyinə görə ölkəmizin mərkəzində, dəli Kür qoynunda yerləşən Yevlax şəhərində keçiriləcək. Necə deyərlər: "Ordumuzun döyüş meydanında vurduğu möhtəşəm qoldan sonra separatçı düşmənin məğlub nümayəndə heyəti son danışıqlar üçün Yevlaxa, meydanın mərkəzinə dəvət edilib". Burada əlində ağ bayraqlar olan separatçı düşməni, hakim və qalib ölkəmiz qırmızı kartlarla gözləyir. Hakim də bizik, həkim də! Burada nə əsas, nə də yan hakimlər fitnəyə uyub nə qərəzli 11 metrə təyin edə bilərlər, nə də nəfəslərini çəkib artıq fit çala bilərlər. Məsələ bu qədər sadədir!
Düşünürəm ki, mənim ironiya ilə deməyə çalışdığım fikirlər erməniləri və onların havadarlarını yuxuda da olsa otuz il əvvələ aparacaq. Çünki, bir zamanlar var idi ki, onlar iddia edirdilər ki, lazım gəlsə biz birbaşa Yevlaxa qədər gələcəyik. Budur, "onlar öz arzularına çatdılar", onlar gəlirlər, ancaq başlarında dəmir yumruq, əllərində ağ bayraq, üzlərində qara ləkə, - Deyə İlham Məmmədov bildirib.
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı