Millət vəkili İlham Məmmədov: Anti-terror tədbirləri suverenliyimiz və erməni təxribatlarına son verilməsi naminədir.

Millət vəkili İlham Məmmədov Ordumuzun keçirdiyi 24 saatlıq lokal anti-terror tədbirləri ilə bağlı Dialoq.az saytına fikirlərini bildirib:
Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin, uzaqgörən Lider olmasının, qətiyyət və cəsarətinin, həmçinin rəhbərlik etdiyi yenilməz Ordunun rəşadətinin bariz nümunəsidir. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.
Bu gün Qarabağda olan etnik ermənilər bilməlidir ki, xoşbəxt gələcək üçün yalnız tez bir zamanda reinteqrasiya prosesində fəal iştirak etmək lazımdır. Oradakı seperatizm dəfələrlə bizim doğma ərazilərimizdə terror-təxribat aktları törədiblər. Özləri üçün qondarma “qrum” da yaradıblar. Biz dəfələrlə onlara bu qanunsuz rejimi buraxmağı, doğma Qarabağı tərk etməyi təklif etsək də, əfsuslar olsun ki, bu bir nəticə vermədi. Əksinə onların törətdiyi terror-təxribat aktları nəticəsində bizim mülki vətəndaşlarımız, polsimiz və digər dövlət qrumlarımızın əməkdaşları həlak oldular. Məhz bu təxribata cavab olaraq Azərbaycan Ordusunun antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Həyata keçirdiyimiz bu tədbirlər Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi və terrorizmin məhv edilməsi naminə idi.
Fakt budur ki, Azərbaycan tərəfi həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm də sonra məsələnin sülh və humanizm prinsipləri çərçivəsində həll edilməsi üçün əlindən gələn hər şeyi etdi. Amma bunun qarşılığı olaraq Ermənistan və Qarabağdakı separatçı rejim ölkəmizə qarşı riyakar davranışlar sərgilədi. Hesab edirəm ki, erməni separatçıları öz təcavüzkar əməllərinin cəzasını aldı. Azərbaycan Ordusu onlara elə bir dərs verdi ki, bu hadisə də parlaq Qələbəmiz kimi tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı, - Deyə İlham Məmmədov bildirib.
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı