ABŞ Senatında anti-Azərbaycan dinləməsi keçirilməsini ABŞ xarici kəşfiyyatının fəaliyyəti kimi də qiymətləndirmək olar.

Millət vəkili İlham Məmmədov ABŞ Senatında anti-Azərbaycan dinləməsi keçirilməsi ilə bağlı Dialoq.az saytına açıqlama verərkən ABŞ kəşfiyyatın fəaliyyəti ilə bağlı maraqlı məqamlara toxunub:
Məlumdur ki, ABŞ Konqresi ikipalatalı qanunverici dövlət hakimiyyət orqanı Senatdan (100 üzv) və Nümayəndələr Palatasından (435 üzv) ibarətdir. Bunlardan Senatda 16 daimi və 4 xüsusi komitə var. Qeyd etmək istəyirəm ki, 4 xüsusi komitəsindən biri və birincisi Kəşfiyyat Komitəsidir. Onu da əlavə edim ki, Nümayəndələr Palatasının da 22 daimi və 5 xüsusi komitəsindən biri və yenə də təkrar edirəm birincisi Kəşfiyyat Komitəsidir. Bu o deməkdir ki, biz ABŞ siyasətini analiz və təhlil edərkən birinci növbədə ABŞ kəşfiyyatının fəaliyyətinə ciddi nəzər salmalıyıq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 1947-ci il sentyabrın 18-də yaradılmışdır və bu günə olan statistikaya görə iyirmi mindən çox əməkdaşı var. Burada maraqlı və xüsusi diqqət olunası məqam ondan ibarətdir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik olmasa da, onun əsasən vəzifəsi xarici kəşfiyyatın aparılmasıdır.
Odur ki, biz bu gün təəssüflə də olsa qeyd edə bilərik ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və onun əməkdaşları Ermənistanda aktiv kəşfiyyat fəaliyyətdədir. Məss bunun nəticəsidir ki, ABŞ Senatında anti-Azərbaycan dinləməsi keçirilir. Əlbəttə ki, bu gündən sonra da bu və bu kimi radikal dinlənilmələrin keçirilməsi gözləniləndir. Maraqlar və niyyətlər aydındır. ABŞ Ermənistana ayaq açmaqla ermənilərə göstərməyə çalışmalıdır ki, biz sizin arxanızdayıq, sizin yeganə xilaskarınız yalnız bizik və s. ABŞ-ın dünyada apardığı siyasət hər kəsə məlumdur, məncə bunu detallı izah etməyə gərək yoxdur. ABŞ hər zaman olduğu kimi bu gün də dünyada özündən başqa böyük güc mərkəzini görmək və qəbul etmək istəmir. Biz hər birimiz dünyada gedən prosesləri diqqətlə izləyirik və nələrin baş verdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu gün ABŞ-ın Ermənistana "isti münasibət" göstərməsinin başlıca səbəbi Ermənistanda bazlaşmaqla oradan Rusiya və İrana zərbə vurmaqdır. Gizli də olsa aydındır ki, bunun qarşılığında ABŞ Qarabağ məsələsi ilə bağlı Ermənistana da müəyyən vədlər verib. Ona görə də hesab edirəm ki, ABŞ Ermənistana verdiyi vədləri sübut etmək üçün Azərbaycan əleyhinə hələ çox sözlər danışacaq, çox dinləmələr aparacaq. Hesab edirəm ki, bu və bu kimi addımlar bizim daxili və xarici siyasətimizə, dövlətçiliyimizə heç bir təsir edə bilməz. Bizim niyyətimiz və siyasətimiz təmizdir, şəffafdır. Azərbaycan müstəqil dövlətdir, həm qonşu, həm də dünya dövlətləri ilə dostluğunu, əməkdaşlığını sağlam prinsiplər üzərində qurub, heç kim bizimlə hədə dilində danışa bilməz. Ümid edirəm ki, "görünmədən görmək, ölmədən dönmək" kəşfiyyat prinsipi ilə Ermənistana gizli yollarla sızmağa çalışan ABŞ, Rusiya kimi gec də olsa başa düşəcək ki, Ermənistan və erməni milləti ilə heç bir əməkdaşlığa getmək olmaz, - Deyə İlham Məmmədov bildirib.
Dialoq.az
Bugün, 12:45
Təyyarədə də POS terminalla ödəniş etmək olacaq
Bugün, 12:41
“Sabah”ın futbolçusu Çempionlar Liqasında rekorda imza atdı
Bugün, 10:14
Azərbaycanda bu ilin birinci yarısında avtoqəzalarda 285 nəfər ölüb
Bugün, 09:28
Şamaxıda maşın dərəyə aşıb, iki nəfər ölüb
Dün, 18:25
Tarixində ikinci ən uzunmüddətli istilik dalğasını yaşadı
18-08-2026, 16:36
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18-08-2026, 08:38
Tovuzda su kanalında iki meyit aşkarlandı - FOTOLAR
18-08-2026, 00:13
Yevlax sakini olan 56 yaşlı şəxsin meyiti Ağdaşda kanaldan tapılıb.Yenilənib-VİDEO
17-08-2026, 23:30
Yunanıstanda helikopter qəzası - Ölənlər var
17-08-2026, 16:10
Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nazim oğlu Eminovun doğum günüdür
17-08-2026, 12:53
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
17-08-2026, 12:50
27 yaşlı oğlan futbol oynayarkən öldü
16-08-2026, 15:11
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib-VİDEO
16-08-2026, 12:40
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb
16-08-2026, 12:29
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
16-08-2026, 11:53
Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu
15-08-2026, 23:56
Yevlaxda konsert proqramı təşkil edilib
15-08-2026, 23:47
Ucarda “KamAZ” “Ford”la toqquşdu - Ölənlər var-Fotolar
13-08-2026, 12:11
Yevlaxda baş verən ağır qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub
13-08-2026, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
12-08-2026, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar