Natiq Əlisoy: Cənab Putinin xüsusi plan hazırlayacağını istisna etmirəm. Ermənistanı yaxın tarixdə nələr gözləyir? Biz nələrin şahidi ola bilərik?
Siyasət
Oxunub: 554
13 Eyl 2023 | 21:41
Natiq Əlisoy: Cənab Putinin xüsusi plan hazırlayacağını istisna etmirəm. Ermənistanı yaxın tarixdə nələr gözləyir? Biz nələrin şahidi ola bilərik?
Son aylarda Ermənistanın Qərbə üz tutmasının nəticələri barədə Dialoq.az xəbər saytına açıqlama verən ehtiyatda olan mayor, hərbi ekspert Natiq Əlisoy maraqlı məqamlara toxunub.

O bildirib ki, Ermənistan özünü böyük uçurumlara aparır. Düzdür, Ermənistanın başına gələcək hər bir fəlakət bizi sevindirsə də, biz istəmirik ki, yaşadığımız regionda əlavə münaqişə ocaqları yaransın. Çünki müharibə heç bir ölkəyə və heç bir xalqa xoş əhval-ruhiyyə bağışlamır. Ermənistan və onun hərbi-siyasi rəhbərliyi başa düşə bilmədi ki, onların yeganə çıxış yolu Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan Rusiya ilə münasibətləri daha da yaxşılaşdırmaq əvəzinə, əksinə Rusiyaya zərbə vurmağa çalışır. Təsəvvür edin ki, Erməniləri iki əsr öncə Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürüb qondarma erməni dövləti yaradan Rusiya Ermənistanın atdığı son addımlardan şoka düşüb. Əslində belə vəziyyətin yaranmasında bir başa günahkar Rusiyanın özüdür. Çünki Rusiya o qədər Ermənistanın nazı ilə oynayıb onlara havayı torpaqlar verib ki, indi Ermənistan elə bilir ki, Rusiya yenə də qoşun yeridib Azərbaycan torpaqlarını zorla işğal edib Ermənistana hədiyyə etməlidir. Ona görə də bu gün Rusiyadan dəstəyi kəsilən Ermənistan necə deyərlər küsüb Rusiyanın acığına Qərbə, ABŞ-a üz tutub. Rusiyanın heç vaxt ağlına gəlməzdi ki, süfrəsinin artığı ilə böyüyən Ermənistan onun üzünə ağ ola bilər. Bu gün Rusiyanın çətin vəziyyətində Ermənistanın Rusiyaya qarşı atdığı addım Rusiya üçün tarixi və böyük xəyanətdir. Hesab edirəm ki, Rusiya Ermənistanın ona etdiyi xəyanəti asan bağışlamayacaq. Bunun üçün cənab Putinin xüsusi plan hazırlayacağını istisna etmirəm, düşünürəm ki, biz yaxın vaxtlarda bunun şahidi olacağıq, - Deyə Natiq Əlisoy bildirib.


Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı