Millət Vəkili İlham Məmmədov: Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər!
Siyasət
Oxunub: 498
10 Eyl 2023 | 23:52
Millət Vəkili İlham Məmmədov: Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər!
Ermənistanın oynadığı siyasi oyunun nəticələri barədə gözləntilərini Dialoq.az xəbər saytına açıqlayan millət vəkili İlham Məmmədov maraqlı məsələlərə toxunub:

Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa düşmək olurdu. Çünki tarixdən bilirik ki, erməniləri Cənubi Qafqaza ruslar gətirib. Bilirik ki, ermənilər Cənubi Qafqaza gəldiyi gündən bu günə qədər Rusiya Ermənistana hərtərəfli dəstək durub. Hər kəsə məlumdur ki, birinci və ikinci Qarabağ müharibələrində Rusiya Ermənistana hansı yardımları edib və hansı müstəvilərdə dəstək olub. Maraqlısı odur ki, Rusiya hökuməti də müəyyən mənada bunu təsdiq edir. Danılmaz faktdır ki, 44 günlük Vətən müharibəsində Rusiyanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyənnamə imzalanmasaydı Ermənistan hansı vəziyyətlərə düşə bilərdi. Qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin bitməsi və ardı ilə Rusiya-Ukrayna müharibəsinin başlanması fonunda birmənalı olaraq Ermənistanın Rusiyaya qarşı münasibətləri kəskin surətdə dəyişib. Belə ki, vaxtilə Rusiyanı su yoluna döndərən Ermənistan bu gün Rusiyanı "bir qaşıq suda" boğmağa çalışır. Əslində bunu birbaşa Ermənistanın Rusiyaya qarşı "xəyanəti" də adlandırmaq olar! Çünki Ermənistan Rusiya ilə ABŞ-ın münasibətlərini bilə-bilə ötən aylarda Ermənistanda, Arazdəyəndə ABŞ-ın 70 milyon dollar sərmayəsi ilə "erməni-amerikan" adlı metallurgiya zavodunun tikilməsinə başladıqdan sonra, ABŞ-la sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən döyüş hazırlığının artırılması adı altında 2023-cü il sentyabrın 11-dən 20-dək EAGLE PARTNER "QARTAL ORTAĞI" 2023 adlı təlim keçirir. Əlbəttə ki, Ermənistan və ABŞ arasında gedən gizli siyasi oyunlar aydındır. Biz hər zaman Ermənistanın bu kimi çirkin siyasətini bütün dünyaya, o cümlədən Rusiyaya sübut etməyə çalışırdıq. Biz bütün dünyaya izah etməyə çalışırdıq ki, Ermənistan elə bir dövlətdir ki, suda boğulan zaman ayı kimi öz balasını da taptalaya bilər. Görünən mənzərə odur ki, bu gün ABŞ çalışır ki, Ermənistanın boğazına siyasi kəndir salıb Rusiyanı da, rus sülhməramlısını da Qarabağdan uzaqlaşdırsın və Rusiyaya Ukrayna-Rusiya məsələsində olduğu kimi növbəti dərs keçsin.

Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Ermənistanın Qərblə oynadığı yeni oyunda təkcə Rusiya yox, İran da hədəf ola bilər. Belə ki, bildiyimiz kimi ABŞ-İran münasibətləri də ABŞ-Rusiya münasibətləri qədər gərgin olaraq qalmaqdadır. Nəticə olaraq hər zaman olduğu kimi bütün çirkin oyunlarda baş rolu ifa edən Ermənistan ABŞ-la əməkdaşlıq etməklə, bu əməkdaşlığın fonunda Rusiya və İrana real düşmən olan ABŞ-ı Cənubi Qafqaza gətirməklə nəinki Ermənistan-Azərbaycan Qarabağ məsələsinə, hətta ABŞ-Rusiya, ABŞ-İran münasibətlərinin daha da gərginləşməsinə təkan verməyə çalışır. Hesab edirəm ki, Ermənistan məsələni gərginləşdirmək yox, Azərbaycanla münasibətləri normallaşdırmalıdır, Azərbaycanın etdiyi təklifləri qəbul etməlidir. Əks halda Ermənistan qurmağa çalışdığı yeni oyunda qurban özü olacaqdır. Ermənistan bir daha bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, bizimlə hədə-qorxu, təxribat yolu ilə danışmaq olmaz,-Deyə İlham Məmmədov bildirib.

Dialoq.az

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı