Hərbi ekspert Natiq Əlisoy: Məxfi məlumatlar düşmənə bu yolla çatdırılır! Özümüz öz əlimizlə düşmənə kəşfiyyat məlumatları ötürürük...

Ordumuzun birləşmə, hissə və bölmələrinin daimi dislokasiya məntəqələrindən ehtiyat mövqelərə, cəmləşmə rayonlarına, atəş və start mövqeylərə təlim və ya digər məqsədlərlə yerdəyişməsi zamanı təhlükəsizlik tədbirləri, məxfiçilik və gizlilik ən yüksək səviyyədə təmin edilməlidir. Çünki, əgər ordu hissə və bölmələri bir yerdən digər yerə yerdəyişmə edirsə bu təlim məqsədi ilə olsa belə gizli və plana əsasən həyata keçirilməlidir. Bunun üçün mütləq nəzərə alınmalıdır:
1. Hissə və bölmələr təyinat rayonlarına yerdəyişmə edən zaman hərbi avtomobil kalonlarının hərəkət marşurutu boyunca hərbi yol polisinin və yol patrul əməkdaşlarının gücü ilə yollar digər yol hərəkət iştirakçıları üçün tam məhdudlaşdırılmalıdır;
2. Hərbi kalonlar günün qaranlıq vaxtında hərəkət etməlidir;
3. Hərbi avtomobillərin tanınma nişanları (nömrələri) avtomobillərin üzərindən açılmalıdır;
4. Kalonlar çıxış nöqtəsindən dayanacaq nöqtəsinə qədər (taktikaya uyğun məsafəyə görə qısa dayanacaq nöqtələri istisna olunmaqla. Dayanacaq nöqtələri də marşurut üzrə elə yerlərdə seçilməlidir ki, kalonların dayandığı yerlər yaşayış məntəqələrinə düşməsin) digər məqsədlər üçün dayanmamalıdır;
5. Hərbi kalonun sırasına heç bir halda mülki nəqliyyat vasitələri buraxılmamalıdır;
6. Hərbi kalonun hərəkəti zamanı marşurut boyu kalonun keçəcəyi yol, polis və ya digər güc strukturlarının gücü ilə mülki vətəndaşlar yol kənarından uzaqlaşdırılmalıdır və foto, video çəkilişlərin aparılmaması üçün ciddi tədbirlər həyata keçirilməlidir və s.
Təəssüflər olsun ki, bu gün qeyd olunan nüanslara diqqət edilmir. Hərbi kalonlar daimi dislokasiya məntəqəsindən çıxır, lakin qeydiyyat nişanları (nömrələri) avtomobillərin üzərindən açılmır və ya məhdudlaşdırılmır, hərəkət adətən günün işıqlı saatı yerinə yetirilir, hərbi kalonlar dayanacaq nöqtələrini yaşayış məntəqələrini seçirlər, hərbi kalonlar gedir, lakin yollarda heç bir məhdudlaşdırma yoxdur, nəzarət mexanizmi yoxdur. Ona görə də kim nə istəyir çəkir sosial mediada paylaşır və beləliklə düşmən paylaşılan görüntülərdən istənilən qədər kəşfiyyat məlumatı kimi (Texnikaların tipi, sayı, hərbi hissələrin təyinatı, avtomobillərin qeydiyyat nişanları və s.) istifadə edir! Hesab edirəm ki, sözügedən məsələ ilə bağlı ciddi ölçü götürülməlidir. Ordumuzun hissə və bölmələri getdikləri yerə çatmamış düşmən dərhal xəbər tutur və bundan bizə qarşı aktiv istifadə edir. Bununla bağlı çox danışmaq olar, ancaq ümumilikdə hər bir vətəndaş başa düşməlidir ki, ordu ilə bağlı, onun hərəkəti, yerdəyişməsi, təyinatı, say tərkibi ilə bağlı hər hansı məlumatı yaymaq, paylaşmaq olmaz,-Deyə Natiq Əlisoy bildirib.
Dialoq.az
Bugün, 18:25
Tarixində ikinci ən uzunmüddətli istilik dalğasını yaşadı
Dün, 16:36
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
Dün, 08:38
Tovuzda su kanalında iki meyit aşkarlandı - FOTOLAR
Dün, 00:13
Yevlax sakini olan 56 yaşlı şəxsin meyiti Ağdaşda kanaldan tapılıb.Yenilənib-VİDEO
17-08-2026, 23:30
Yunanıstanda helikopter qəzası - Ölənlər var
17-08-2026, 16:10
Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Nazim oğlu Eminovun doğum günüdür
17-08-2026, 12:53
Pensiyalara 4 milyard manatdan çox vəsait yönəldildi
17-08-2026, 12:50
27 yaşlı oğlan futbol oynayarkən öldü
16-08-2026, 15:11
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib-VİDEO
16-08-2026, 12:40
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapılıb
16-08-2026, 12:29
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
16-08-2026, 11:53
Beyləqanda kanalda batan şəxsin kimliyi məlum oldu
15-08-2026, 23:56
Yevlaxda konsert proqramı təşkil edilib
15-08-2026, 23:47
Ucarda “KamAZ” “Ford”la toqquşdu - Ölənlər var-Fotolar
13-08-2026, 12:11
Yevlaxda baş verən ağır qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub
13-08-2026, 00:39
Yevlaxda ağır qəzada iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
12-08-2026, 17:48
Ağdaşda intihar hadisəsi baş verib-VİDEO
11-08-2026, 18:32
Gəncədə avtomobil iki piyadanı vurub
11-08-2026, 18:29
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı
11-08-2026, 18:21
Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
10-08-2026, 04:44
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
10-08-2026, 04:43
Bu yol bağlanır
9-08-2026, 20:35
Gəncədə qəza - “Kamaz” ağaca çırpıldı+Fotolar
8-08-2026, 21:39
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına start verir
8-08-2026, 08:34
Ağdaş polisi qoyun oğrusunu tutub-VİDEO
8-08-2026, 08:29
“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”
7-08-2026, 22:14
Ağdaşda 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı