Millət Vəkili İlham Məmmədov: Azərbaycanın mövqeyi konstruktiv və haqq-ədalətə uyğundur.

Millət Vəkili İlham Məmmədov Azərbaycanın konstruktiv mövqeyi ilə bağlı Dialoq.az xəbər saytına açıqlama verib:
Bildiyimiz kimi Azərbaycan İkinci Qarabağ müharibəsində parlaq Qələbə əldə etdikdən sonra imzalanmış 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq Ermənistan Silahlı Qüvvələri Qarabağ ərazisindən çıxarılmalı və bu əraziyə müvəqqəti olaraq rus sülhməramlı qüvvələri yerləşdirilməli idi. Bununla yanaşı Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonu ərazisindən keçməklə Ermənistana yeni yolun çəkilişini həyata keçirməli idi. Azərbaycan bu öhdəliyi tez bir zamanda yerinə yetirdi. Baxmayaraq ki, burada müddət 3 ilə qədər göstərilmişdi. Azərbaycan tərəfi təxminən ilyarıma bu öhdəliyi yerinə yetirdi və beləliklə, Qarabağda yaşayan ermənilərin Laçın yolundan keçərək Ermənistana gediş-gəlişi asanlaşdı. Amma sonrakı tarixlərdə biz görürdük ki, ermənilər Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yaradılan yoldan digər məqsədlərlə istifadə edirlər. Yəni Ermənistanda silahlı birləşmələrin və minaların bu yol vasitəsilə Qarabağa daşınması həyata keçirilir. Məhz bu problemləri və ərazisində yaranmış qanun pozuntularına əsaslanaraq Azərbaycan tərəfi də müvafiq tədbirlər həyata keçirdi. Belə ki, Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu məntəqə regiondakı qanunları tənzimləyir, pozuntuların qarşısını alır və eyni zamanda sülhə böyük töhfə verir. Məhz qeyd edilənlərə əsasən bir faktı vurğulamaq lazımdır ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizə və xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslərin müəyyən edilib saxlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki 1990-cı illərin əvvəlində azərbaycanlılara qarşı XX əsrin ağır faciəsini törətmiş Vaqif Xaçatryan adlı şəxsin saxlanılması da bunun əyani nümunəsidir.
Azərbaycan öz ərazisində hər hansısa tədbiri həyata keçirirsə bu erməniləri və onların riyakar havadarlarını narahat etməməlidir. Çünki biz öz doğma torpaqlarımızda istdəyimiz tədbirləri həyata keçirə bilərik. Azərbaycan sülhə çağırış edən və töhfə verən qüdrətli dövlətdir. Bizim ərazi bütövlüyümüzə və hüquqlarımıza hər kəs hörmət etməlidir. Mövqeyimiz konstruktiv, addımlarımız isə haqq-ədalətə uyğundur,-Deyə İlham Məmmədov vurğulayıb.
Dialoq.az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı