“Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.
Siyasət
Oxunub: 662
30 Ağu 2023 | 13:54
“Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.
​​Dialoq.az xəbər verir ki, 28 avqust 2023-cü il tarixində Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi, “Magen David Group” İnsan Hüquqları Mərkəzi, “Magen David Legal” Hüquq şirkəti, “Magen David İnternational Center for Women” şirkəti və “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən reallaşdırılan “Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.

​​​Tədbirdə Milli Məclisin Deputatları, hüquqşünas-vəkillər, sahibkar qadınlar, şəhid xanımları, yəhudi xanımlar, tələbələr, mentorlar, təlimçilər və digər qonaqlar iştirak ediblər.

İlk öncə tədbiri giriş sözü ilə açan fəxri qonaq, 53-saylı Quba -Qusar rayonları üzrə Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri, “Magen David Group”un fəxri sədri Anatoliy Rafailov sözügedən tədbirin vacibliyini qeyd edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda -bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilməsinin bir nümunə olduğunu, Azərbaycan qadınlarının bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışaraq, ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınlarımızın fəal iştirakı, kənd təsərrüfatının, həm də sənayenin inkişafında qadınlarımızın əməyinin böyük və təqdirəlayiq olduğunu vurğulamışdır.
Sonra tədbirdə 59-saylı Salyan rayonu üzrə Milli Məclisin deputatı, Azərbaycan-Estoniya işçi qrupunun rəhbəri Jalə Əhmədova, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin Yevlax rayonu üzrə deputatı, Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İlham Məmmədov çıxış edərək, bu gün qadınlara, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində dəstək verildiyini Azərbaycan qadın hüquqları ilə bağlı məsələlərdə sürətli irəliləyişə malikdir və Azərbaycan xalqının dünyanın modern və sivil cəmiyyətləri arasındakı yerini təsbit etdiyini qeyd etdilər.


Daha sonra “Magen David Group”-un Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi,“Magen David Legal” Hüquq Şirkətinin təsisçi, direktoru, hüquq müdafiəçisi David Seliverstov çıxış edərək fikirlərini Ümummilli lider Heydər Əliyevin “cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar” fikirləri ilə başlayaraq, ölkədə qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunmasının, qadın hüquqlarının qorunması istiqamətində mühüm addımlar olduğunu vurğulamışdır.
“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”-nın İdarə Heyətinin sədri, “Bakı Tekstil Fabriki”-nin direktoru Səkinə Babayeva hal- hazırda qadınlarımızın inkişafı üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Biz müxtəlif mövzularda layihələr həyata keçirir, geniş təbliğat və təşviqat işləri aparır, onları birliyə cəlb edirik. Rayonlarda, sərhədyanı ərazidə yaşayan qadınların, şəhid ailəsindən olan sahibkarların istəklərini xüsusi nəzərə alır və dəstək oluruq. Çünki məqsədimiz liderləri ortaya çıxarmaq, gənc nəsli önə çəkməkdir.
Daha sonra “Magen David Legal” Hüquq Şirkətinin hüquqşünas, vəkilləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvləri Elvin Əliyev, Avraam Berman, Gülmira Rafailova “Qanunvericilkdə qadın hüquqları”, “ Nigah müqaviləsi”, “Səhiyyə hüququ”, “Sahibkarlıq hüququ“ və digər mövzularda ətraflı məlumat vermiş və sualları cavablandırıblar.
​​
Tədbirin moderatoru “Magen David International Center for Women Şirkətinin direktoru Aygün Əhmədova birlikdə belə tədbirlərin keçirilməsinin əsas məqsədinin maaarifləndirmə və qadınların təşəbbüslərinin dəstəklənməsi olduğunu qeyd etmişdir.

​​Ümumilikdə tədbirdə 50-yə yaxın qadın iştirak etmişdir.
Sonda tədbir iştirakçılarına sertifikatlar və “ Bella “ şirkəti tərəfindən hədiyyələr verilmişdir.
“Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.
“Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.
“Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.
“Sosial-İqtisadi Həyatda Qadın Hüquqları” mövzusunda tədbir keçirilib.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı