Qətnamələrinin icrasını həyata keçirə bilməyən BMT TŞ bu gün erməni bayrağı altında “göz yaşlarına boğulub” - Açıqlama
Siyasət
Oxunub: 573
17 Ağu 2023 | 16:22
Qətnamələrinin icrasını həyata keçirə bilməyən BMT TŞ bu gün erməni bayrağı altında “göz yaşlarına boğulub” - Açıqlama
AZƏRTAC-a istinadən "Dialoq.Az" xəbər verir ki, Milli Məclisin deputatı İlham Məmmədov BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası ilə bağlı fikirlərini bildirib:

Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında özünü ali orqan hesab edən BMT Təhlükəsizlik Şurası (TŞ) təsis olunduğu 1945-ci ildən bu günə qədər dünyada sülhün və əmin-amanlığın yaradılması kimi böyük məsuliyyəti öz üzərinə götürüb. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT bu gün nədənsə özünü ali orqan yox, ali ədalətsiz təşkilat kimi göstərməyə çalışır. Belə ki, qurum dünən Ermənistanın guya Qarabağda “humanitar böhran”, aclıq, blokada və s. şəraitində yaşamasını əsas götürüb növbədənkənar iclas keçirdi. Bununla BMT Təhlükəsizlik Şurası bir daha sübut etdi ki, vaxtilə erməni silahlı birləşmələrinin tam, qeyri-şərtsiz və dərhal Azərbaycan ərazilərindən çıxarılması üçün qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin hər biri formaldır. Çünki bu qətnamələri Azərbaycan Ordusu öz gücünə yerinə yetirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
“Azərbaycan hökuməti otuz ilə yaxındır bütün dünyaya, o cümlədən BMT Təhlükəsizlik Şurasına sübut və izah etməyə çalışırdı ki, biz işğala məruz qalmışıq, tarixi və dədə-baba torpaqlarımız düşmən tapdağı altındadır, məscidlərimizdə düşmən donuz saxlayır. Eyni zamanda, bizə qarşı dünyada görünməyən vəhşiliklər olub. Bəs o zaman dünyada böyük hərflərlə özünü sülhün və təhlükəsizliyin qarantı hesab edən BMT harada idi? Deməli, doğrudan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi "Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq işləmir" ifadəsi öz təsdiqini tapıb. Əgər həqiqətən də dünyada beynəlxalq hüquq işləsəydi, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalından sonra 822 saylı, 1993-cü il iyulun 29-da Ağdamın işğalından sonra 853 saylı, 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğalından sonra 874 saylı, 1993-cü il noyabrın 12-də Zəngilan və digər Azərbaycan rayonlarının işğal olunmasından sonra 884 saylı qəbul etdiyi qətnamələri dərhal yerinə yetirərdi. İndi necə olur ki, bu gün BMT Təhlükəsizlik Şurası erməni bayrağı altında "göz yaşlarına boğulub". Bu gün Qarabağdakı ermənilər “humanitar böhran” içində yaşayırlar, yaxud da Laçın dövlət sərhədindən buraxılış məntəqəsi onların üzünə bağlanıb kimi ifadələrə artıq heç kim inanmır”, - deyə deputat bildirib.

O əlavə edib ki, torpaqlarımızı işğal altında saxlayan Ermənistan və onun vətəndaşları otuz il ərzində Qarabağ ərazisində qanunsuzluqlarla məşğul olublar. Onlar bu gün də elə başa düşürlər ki, bu qanunsuz əməllərinə davam edərək, nə istəsələr edə bilərlər. Ancaq anlamırlar ki, Azərbaycan müstəqil, suveren dövlətdir, öz sərhədlərini, dövlət təhlükəsizliyini tam şəkildə müdafiə edir.

İ.Məmmədov deyib: “Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması Azərbaycanın erməniləri blokadada saxladığı anlamına gəlmir. Yox, bu əsla belə deyil, biz sadəcə öz qanunlarımız daxilində ölkəmizə gələn vətəndaşları, daşınan yükləri və s. yoxlamalıyıq və öz qanunlarımız daxilində buna imkanlar yaratmalıyıq. Odur ki, Azərbaycanın qanunlarına tabe olan Qarabağda yaşayan ermənilər Laçın postundan rahatlıqla keçə və bu imkanlardan istifadə edə bilərlər. Hesab edirəm ki, dünən BMT Təhlükəsizlik Şurasının keçirdiyi iclas əsassız və sifarişlidir. Eyni zamanda, iclas növbəti erməni yalanının təzahürü kimi dünyada beynəlxalq hüququn olmaması deməkdir və Azərbaycana qarşı yönəlmiş növbəti təxribatdır. Biz öz hüquqlarımızı və haqlarımızı bilirik, eyni zamanda, ölkəmizə qarşı yönəlmiş təxribatların da qarşısı uğurla alınır”.

Dialoq.Az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı