Ən son xəbər: Laçın sərhəd-buraxılış məntəqəsində nələr baş verir? Ssenarinin davamı necə olacaq?

Artıq bir neçə gündür ki, Ermənistandan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşayan ermənilər üçün "humanitar yardım" adı altında gətirilmiş on doqquz "TIR" (400 ton) Laçın sərhər-buraxılış məntəqəsində gözləmə mövqeyində dayanıb.
Ermənistandan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşayan ermənilər üçün göndərilmiş on doqquz "TIR" (400 ton) "humanitar yardım"ın hansı məqsədlər üçün göndərildiyi və bunun arxasında nələrin, kimlərin dayandığını Azərbaycan hökuməti artıq bilir. Başa düşmək lazımdır ki, əgər Ermənistan tərəfi həqiqətən də təmiz niyyətlə öz "hay"larına can yandırıb on doqquz "TIR" yardım göndərmiş olsaydı bunu Avropa və Amerikasayağı təxribat yolu ilə yox, normal qaydada, Azərbaycan tərəfi ilə razılaşdırılmaqla göndərməli idi. Düşünürəm ki, bu gün Ermənistan hökumətinin atdığı qərbyönümlü sifarişli və təxribatçı addımı sadə ermənilər hələ də başa düşmür. Onlar anlamırlar ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi sadə Ermənistan vətəndaşlarını qaranlıq siyasi yolla növbəti dəfə təhlükələrə sürükləyir. Nə Qarabağda, nə də İravanda yaşayan ermənilər anlamırlar ki, onlar qərb siyasi oyunlarının qurbanlarıdırlar. Dünənə qədər Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyi (Sarkisyan, Köçəryan) necə rus havasına oynayırdısa, bu gün də həmin hava ilə Paşinyan Avropa və Amerika oyunlarına ritm tutmağa çalışır. Çünki, artıq rusun özünün başı "dədəsinin yasına qarışıb", rus indi "ölüsünü qoyub, dirisini ağlayır".
Bu gün sadə erməni vətəndaşları başa düşmək istəmirlər ki, Paşinyan və onun təzə "adaxlıları" qarışıq oyunlar içində indi də "humanitar yardım bazarı"nda təzə oyun oynamaq istətirlər. Day başa düşmürlər ki, bu bazar, o bazardan deyil! Bunu Ermənistan vətəndaşları vaxtında anlamalıdır. Sonra, qulağı Azərbaycan əsgərinin əlində olan erməni əsgəri ağlaya-ağlaya "Beyləqana salam deyəndə" gec olacaq.
Məsələ aydındır! Yəqin ki, əvvəlcədən qurulmuş ssenari üzrə bir müddətdən sonra Laçın sərhəd-buraxılış məntəqəsində qurulmuş oyunların oyunçuları da artacaq, dəyişəcək və bu dəyişmə növbəti dəfə böyük ixtişaşlara təkan verəcəkdir. Yəqin ki, hər zaman olduğu kimi indi də bir müddətdən sonra həm Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, həm İrəvanda, həm də dünyanın bütün ölkələrində yaşayan ermənilər kütləvi etirazlara, ağlaşmalara başlayacaqlar. Bəli, bu böyük ehtimalla gözləniləndir! Onlar Azərbaycan tərəfindən yenə də qanunsuz olaraq tələb edəcəklər ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşayan ermənilər guya ki, acından ölürlər, Laçın sərhəd-buraxılış məntəqəsində onlar üçün göndərilmiş "humanitar yardım" isə Laçın sərhəd-buraxılış məntəqəsində xarab olur, iylənir. Beləliklə, "Hay"lar başlayacaqlar həmin xarab olmuş "humanitar yardım"ın görüntülərini çəkib bütün dünyaya hay salmağa ki, "qoyma haray" ölürük gəlin. Ermənilər bu yolla rus sülhməramlılarını Azərbaycana qarşı çıxartmağa çalışacaqlar, onlar ruslardan tələb edəcək ki, ya Laçın sərhəd-buraxılış məntəqəsini açın, ya da Qarabağdan çıxın, siz öz missiyanızı yerinə yetirə bilmirsiniz. Biz istəyirik ki, bizim təhlükəsizliyimizi Avropa, Amerika təmin etsin. Avropa və Amerika da Azərbaycandan tələb edəcək ki, siz də Laçın sərhəd-buraxılış məntəqəsini dərhal açın, əgər açmırsınızsa biz Ermənistana qoşun göndəririk. Məsələyə İran qarışacaq, çünki İran heç vaxt istəməz ki, Ermənistana Avropa və Amerika qoşun göndərsin. İran Rusiya ilə birləşib Amerika və Avropaya qarşı çıxacaq. Türkiyənin münasibətləri Amerika və Avropa ilə gərginləşəcək. Türkiyə Ermənistan-İran sərhədinə əlavə qüvvələr cəmləşdirəcək. Bununla da Cənubi Qafqazda Amerika üçün İran və Rusiyaya qarşı ikinci Ukrayna cəbhəsi açılacaq.
Nəticə: Rusiya Ermənistanda öz mövqelərini itirəcək. İranda vəziyyət daha da şiddətlənəcək. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı regionda guya ki, təhlükə mənbəyi kimi ifşa olunmağa çalışılacaq və bunun üçün böyük təbliğat kompaniyaları başlanacaq. Qarabağ və Naxçıvan istiqamətində terror əməliyyatları, təxribatlar şiddətlənəcək və Azərbaycan antiterror əməliyyatı aparmağa məcbur ediləcək. Qarabağ və Zəngəzur dəhlizi məsələsinə böyük maneələr yaranacaq. Ermənistan sülh müqaviləsindən həmişə olduğu kimi qaçacaq və yenidən Qarabağ xülyasına düşəcək. Rusiyanın Ermənistana təzyiqləri artdıqca Avropa və Amerikanın da Rusiyaya təzyiqləri artacaq. Amerika-İran münasibətləri daha da gərginləşəcək. İran-Ermənistan münasibətləri get-gedə pisləşəcək. Ermənistan Amerika və Avropanın dəstəyi ilə yenidən baş qaldıracaq (Ermənilərə də elə bu lazımdır), Amerika və Avropa isə Ermənistanın mövqeyindən istifadə edib Cənubi Qafqazdan rus qoşunlarını çıxardacaq, Amerika Ermənistanın vasitəsi ilə İran üzərində öz hakimiyyətini quracaq (İraq, Liviya buna əyani sübutdur).
Məsələ bu qədər sadə və başadüşüləndir. Gedən hərbi-siyasi vəziyyətin nə cürə cərəyan etməsindən asılı olmayaraq Azərbaycan öz haqlı mövqeyini etibarlı müdafiə etməyə hazırdır. Heç bir təxribat bizi qorxutmur və qorxuda da bilməz! Düşünürəm ki, biz bundan sonra atacağımız hər bir addımlara xüsusi həssaslıqla yanaşmalıyıq!
Yazıçı, jurnalist, hərbi ekspert Natiq Əlisoy
Dialoq.Az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı