Amerika-Ermənistan münasibətləri get-gedə yaxınlaşır. On doqquz "TIR" humanitar yardımın içində on doqquz min bəla var! Artıq ayaq səsləri eşidilir!

Amerikanın Ermənistanda, Arazdəyəndə 70 milyon dollar sərmayəsi ilə "erməni-amerikan" adlı metallurgiya zavodunun tikilməsi və son günlərdə işğaldan azad olunmuş Azərbaycan ərazisində yaşayan ermənilərə birdən-birə 19 "TIR" (400 ton) humanitar yardımın göndərilməsi bir çox kəşfiyyat sualları yaradır.
Birincisi onu aydınlaşdırmaq lazımdır ki, Amerika nə üçün birdən-birə Ermənistanda, Ermənistan-Azərbaycan-Türkiyə-İran sərhədinə yaxın (Hansı ki, oradan həm İrana, həm Türkiyəyə, həm də Naxçıvana nəzarət etmək mümkündür) ərazidə metallurgiya zavodunu tikməyə qərar verdi, bu lahiyəyə 70 milyon dollar sərmayə ayırdı və Amerika-Ermənistan bayrağını Azərbaycan-İran-Türkiyə sərhəddindən gözlə görünən məsafədə ucaltdı?

İkincisi onu dəqiq analiz etmək lazımdır ki, nə üçün Ermənistan birdən-birə 19 "TIR" (400 ton) humanitar yardımı Ermənistandan işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşayan ermənilərə göndərmək niyyətinə düşdü? Görəsən o humanitar yardımı hissə-hissə göndərmək olmazdı?
Üçüncüsü onu başa düşməyə çalışmaq lazımdır ki, Amerika Ermənistanda, Arazdəyəndə ucaltdığı Amerika-Ermənistan bayrağını kimə göstərir və İravanda fəaliyyət göstərən diplomatik korpusların guya "canıyanan" nümayəndələri Ermənistandan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşayan ermənilər üçün göndərilmiş və Azərbaycan sərhədçiləri tərəfindən haqlı və qanuni olaraq qarşısı kəsilmiş 19 "TIR" humanitar yardımın başına "qarışqa şirəyə gələn kimi" toplaşıb binokulla kimə və nəyə baxırlar?
Analiz:
1. Maraqlıdır ki, Amerika nə yaxşı müharibə şəraitində olan (Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi bağlanmadan) Ermənistanda gözünü yumub 70 milyon dollarını Arazın qırağına səpir?
2. Maraqlıdır ki, Amerika Ermənistanda zavod tikməyə başqa yer tapmadı? Gərək gətirib zavodu düz İran-Ermənistan-Azərbaycan-Türkiyə sərhədinə yaxın ərazidə inşa edərdi?
3. Maraqlıdır ki, Ermənistan nə yaxşı özünə böyük bacı hesab etdiyi Rusiya və Fransanı kənara qoyub birdən-birə Amerika ilə birgə iş gördü? Bəs "KTMT" maraqları, dostluq, əməkdaşlıq, bəs sülhməramlı qüvvələr hara getdi? Bəs 44 günlük Vətən müharibəsində yazıq günə qalmış erməniləri Azərbaycan Ordusunun əlindən ruslar almamışdı?
4. Maraqlıdır ki, görəsən nə yaxşı Ermənistan qorxmur ki, bu gün Amerika ilə Rusiya arasında yaşanan gərgin hərbi-siyasi vəziyyət fonunda oynadığı ikibaşlı oyunda başı əzilə bilər?
5. Görəsən doğrudanmı bu gün Azərbaycan ərazilərində yaşayan ermənilər həqiqətən acından ölürlər ki, birdən-birə acgöz kimi 19 "TIR" yardım gəlir?
6. Görəsən nə üçün ermənilər təkid edirlər ki, yardım birbaşa Laçın kolidoru ilə gəlməlidir? Ona görə ki, diplomatik korpusların nümayəndələri kənardan binokulla rahat baxıb təxribat törədə bilsinlər?
7. Görəsən bu gün tülkü kimi TIR-ların arxasından qorxa-qorxa binokulla Laçın sərhəd keçid məntəqəsinə baxan Avropalılar və Amerikabazlar həqiqətənmi ermənilərə canı yanır? Görəsən onlar özlərini bu qədərmi aşağılamağa razıdırlar? Onlar kimə baxırlar, nəyə baxırlar? Onlar baxan idilərsə nə üçün gəlib 28 il ərzində dağıdılmış Azərbaycan rayon və kəndlərinə, məscidlərinə baxmırdılar?!
Həə, deməli torbada yekə bir "amerikaniski qara pişik" var! Görünməmək üçün torbada gəlib, torba tikməyə hazırlaşan o qara pişik hər "piş-piş" eləyəndə miyauldamır! Hər zaman sakit-sakit özünə isti yer axtaran qara pişik bu dəfə özünə elə bir strateji yer seçib ki, düz oradan mollaların əmmaməsinə, ermənilərin mələməsinə, rusların hiyləsinə, Türkiyə və Azərbaycanın birləşməsinə (dostluğuna) quyruğunu sürtməmiş gedən şeyə oxşamır.
Amerikanın növbəti planı:
1. Rusiyanın başını Ukrayna ilə müharibəyə qarışdırmaq, zəiflətmək, müharibəyə davam etmək;
2. İranın başını daxildə gedən proseslərə qarışdırmaq;
3. Azərbaycan-Ermənistan məsələsini gündəmdə saxlamaq;
4. Ermənistanı ələ almaqla (zavod tikməklə, humanitar yardım göndərməklə, Qarabağ məsələsi ilə bağlı vədlər verməklə) rusu Ermənistandan çıxartmaq;
5. Terror qruplaşmalarını sakit-sakit gətirib Ermənistan istiqamətindən Ermənistan-İran-Türkiyə-Azərbaycan (Naxçıvan, Qarabağ) sərhəddində yerləşdirməklə Türkiyə və Azərbaycanı antiterror əməliyyatı keçirməyə məcbur etmək, yeni münaqişə ocaqları yaratmaq, sızma yolu ilə İranın Naxçıvan istiqamətində yerləşən ərazilərində terrorçuları yerləşdirmək (Bütün diqqəti Naxçıvana çəkmək) və əsrlərlə arzusunda olduğu Cənubi Qafqaza, Yaxın və Orta Şərqə sahib olmaq, İranı, molla rejimini bu üsulla süquta yetirmək, dağıtmaq;
6. "Zəngəzur Dəhlizi"nin açılmasına mane olmaq və s.

Məsələ çox sadə və aydındır. Biz bunu ABŞ Nümayəndələr Palatasının Spikeri xanım Pelosi gəlib Ermənistanda timsah gözyaşları tökəndə, ardı ilə Amerika Xarici Kəşfiyyat İdarəsinin rəisi Ermənistana səfər edəndə bilməli idik. Amerika Ermənistana addım-addım yaxınlaşır!

Yazıçı, jurnalist, hərbi ekspert Natiq Əlisoy
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı