DYP Zəhra Mehdizadənin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
Hadisə
Oxunub: 164
17 Haz 2026 | 14:28
DYP Zəhra Mehdizadənin ölümü ilə nəticələnən qəza barədə məlumat yaydı
Bakı-Quba yolunda sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi və yolda lazımi nişanlar quraşdırmaması 17 yaşlı qızın ölümü ilə nəticələnən dəhşətli qəzaya səbəb olub.

Dialoq.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilir.

Hadisə iyunun 16-sı saat 17:00 radələrində qeydə alınıb. Sürücü Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil texniki nasazlıq səbəbindən yolda məcburi dayanıb. Lakin sürücü mümkün qəzanın qarşısını vaxtında almaq üçün qanunla nəzərdə tutulan zəruri təhlükəsizlik tədbirlərini görmək və maşını dərhal yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.

Sürücünün yolda qəza-dayanma nişanı qoymaması ucbatından, həmin zolaqda motosikletlə hərəkətdə olan 17 yaşlı Zəhra Mehdizadə yaranmış təhlükəli şəraiti vaxtında qiymətləndirə bilməyib və yüksək sürətlə "Mercedes"ə çırpılıb.

Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa çağırır. İdarə xatırladır ki, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr (qəza işıqlarının yandırılması, qəza nişanının qoyulması) düzgün və vaxtında icra edilməlidir. Eyni zamanda, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsinə imkan verilməməli, özünüzün və başqalarının həyatına laqeyd yanaşılmamalıdır.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
Dün, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
Dün, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı