Piyada keçidindən keçən piyadanı avtomobil vurdu-Foto
Hadisə
Oxunub: 181
23 Ara 2025 | 11:49
Piyada keçidindən keçən piyadanı avtomobil vurdu-Foto
Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır.

Dialoq.az xəbər verir ki,bu barədə BDYPİ məlumat yayıb.Məlumatda deyilir: Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən yol sahələridir. Bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların əksər hissəsi yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir və ağır nəticələrlə müşayiət olunur.

Bakı–Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sırasında sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsi xüsusi yer tutur.

Piyada keçidinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır nəticələrə yol açır.

Nəzərə alınmalıdır ki, sürücünün verdiyi hər bir qərar, sükan arxasında göstərdiyi hər bir davranış birbaşa insan həyatına təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqət və ehtiyatlılıq nümayiş etdirilməsi zəruridir.

Eyni zamanda, piyadalar da yol hərəkətinin iştirakçısı kimi üzərlərinə düşən məsuliyyəti unutmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkətin intensivliyini real qiymətləndirməlidirlər. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Aparılan müşahidələr və təhlillər göstərir ki, piyada keçidlərində təhlükəsizliyin təmin olunması qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyada arasında diqqət və qaydalara əməl edilməsi insan həyatının qorunmasında həlledici rol oynayır.

Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını qaydalara ciddi əməl etməyə, insan həyatına biganə yanaşmamağa çağırır.
Piyada keçidindən keçən piyadanı avtomobil vurdu-Foto
Piyada keçidindən keçən piyadanı avtomobil vurdu-Foto
Piyada keçidindən keçən piyadanı avtomobil vurdu-Foto
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü