Vətən müharibəsi iştirakçısı, Azərbaycan Bayrağı ordenli, istefada olan mayor Mədəd Süleymanovun qəhrəmanlıq stendi yaradılıb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Bayrağı ordenli zabit, müharibə veteranı Mədəd Süleymanovun həyat və döyüş yolunu əks etdirən xüsusi qəhrəmanlıq stendi hazırlanaraq təhsil aldığı Yevlax şəhəri Şəhid Qənbər Məhərrəmov adına 4 saylı tam orta məktəbdə yerləşdirilib.
Bu təşəbbüs dövlətin Vətən uğrunda şərəflə xidmət etmiş hərbçilərə göstərdiyi yüksək ehtiramın və diqqətin daha bir nümunəsi kimi dəyərləndirilir. Belə bir stendin yaradılması təkcə bir şəxsin xidmətlərinin qiymətləndirilməsi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş bütün qəhrəman oğullarımıza verilən dəyərin ifadəsidir.
Qeyd edək ki, Mədəd Süleymanov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak edib. O, göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının yüksək dövlət təltiflərindən olan Azərbaycan Bayrağı ordeni ilə yanaşı, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Məktəbdə yaradılan stend Mədəd Süleymanovun keçdiyi şərəfli döyüş yolunu, qazandığı uğurları və dövlət tərəfindən verilən yüksək təltifləri əks etdirir. Bu isə şagirdlərə qəhrəmanlıq, vətənpərvərlik və dövlətçilik dəyərlərinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Belə təşəbbüslər gənc nəslin milli ruhda tərbiyə olunmasına, Vətənə sevgi hissinin gücləndirilməsinə və qəhrəmanlarımızın həyat yolunun gələcək nəsillərə örnək kimi təqdim edilməsinə xidmət edir. Xüsusilə təhsil müəssisələrində yaradılan qəhrəmanlıq guşələri və stendlər şagirdlərin tariximizi daha yaxından öyrənməsinə, dövlətimiz və ordumuz haqqında dolğun məlumat əldə etməsinə imkan yaradır.
Mədəd Süleymanovun təhsil aldığı məktəbdə onun adına qəhrəmanlıq stendinin yaradılması yüksək qiymətləndirilməli hadisədir. Bu, dövlətin və cəmiyyətin qəhrəman hərbçilərimizin xidmətlərinə verdiyi önəmin, onların şərəfli fəaliyyətinə göstərilən hörmət və ehtiramın bariz nümunəsidir.
Bu cür təşəbbüslərin davamlı olması həm qəhrəmanlarımızın xatirəsinin yaşadılmasına, həm də gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir. Azərbaycan gəncliyi məhz belə nümunələrdən ilham alaraq Vətənə, dövlətə və xalqa sədaqət ruhunda yetişir.
Natiq Əlisoy
Yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü