“Regionun dinc gələcəyinə əminəm, çünki Azərbaycanla sülh əldə olunub”

“Rusiya ilə münasibətlərdə gərginlik görmürəm”.
Dialoq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Paşinyan demokratiyanın regional əməkdaşlıq və sülh üçün əsas vasitə olduğunu bildirib:
“İnanıram ki, demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və demokratiya regional sülh üçün bir vasitədir”.
Baş nazir həmçinin Ermənistanın qonşu ölkələrlə münasibətlərinə toxunub: “Regionun dinc gələcəyinə əminəm, çünki Azərbaycanla sülh əldə olunub. Gürcüstanla isə çox dərin və inkişaf edən münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını gözləyirəm. Əminəm ki, yaxın zamanda Türkiyə ilə həm dəmir yolu, həm də avtomobil yolları açılacaq.”
O, region üçün strateji əhəmiyyət daşıyan layihələrdən də danışıb: “TRIPP regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İrana fayda verir”.
Paşinyan Rusiya ilə münasibətlərə dair iddiaları isə qəbul etmədiyini deyib və gərginlik olmadığını bildirib. Onun sözlərinə görə, münasibətlər institusional əsaslara söykənir: “Rusiya ilə münasibətlər institusional təmələ malikdir və qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışırlar. Bu gərginlik sadəcə Rusiya prezidenti ilə çox yaxın münasibətlərimizin olması səbəbindən yaranmır”.
Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərində 18 siyasi qüvvə - 16 partiya və 2 blok mandat uğrunda mübarizə aparır. Səsvermədə 2 485 851 seçici iştirak hüququna malikdir.
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü