Məleykə Abbaszadə: "Magistraturaya sənəd qəbulunu yanvarın 30-na qədər başlamaq istəyirik"

“İstəyirik ki, magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər başlayaq. Bu, yanvarın 18-dək elan olunan karantin rejimi ilə bağlı qərardan asılıdır”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu imtahan bir mərhələli olacaq: “İmtahanın fevral ayında keçirilməsi üçün tələsmək lazım deyil, amma həmişə çalışırıq ki, bu imtahanı bir az tez keçirək ki, buraxılış və qəbul imtahanına vaxt qalsın. Qəbul imtahanını 2 dəfə keçirirdik, keçən il belə imkanımız olmadı, bu, bizim istəyimiz deyildi, pandemiya ilə əlaqədar belə oldu. Mart ayından imkan olsa, ola bilsin ki, yenə də iki mərhələdə - həm yaz, həm yay sessiyası keçirək. Aprel-mayda həmin ilin məzunları tam hazır olmur, çalışacağıq ki, bu il qəbul imtahanları 2 dəfə keçirilsin. Bu cədvəli imtahan ardıcıllığını müəyyən edəndən, müxtəlif dövlət orqanları ilə razılaşdırandan sonra elan edə bilərik. Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”.
Günay Elşadqızı
Istinad : APA.Az
1-10-2026, 22:19
Yevlaxda iki ev yanıb-VİDEO
1-10-2026, 22:12
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
29-09-2026, 21:51
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
29-09-2026, 21:48
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurub öldürdü
29-09-2026, 21:27
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur: 3,7 milyon manatlıq LAYİHƏ
29-09-2026, 16:42
Yevlaxda zəncirvari yol qəzası olub, yaralananlar var
29-09-2026, 11:13
Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı