Pentaqon İrana qarşı əməliyyatları genişləndirir: Bölgəyə yeni qüvvələr göndərilir - YENİLƏNDİ
Gündəm / Siyasət
Oxunub: 85
4 Mrt 2026 | 20:04
Pentaqon İrana qarşı əməliyyatları genişləndirir: Bölgəyə yeni qüvvələr göndərilir - YENİLƏNDİ
ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar yeni mərhələyə daxil olur. Vaşinqton hücumların intensivliyini artırmaq qərarına gəlib.

Dialoq.az Teleqraf'a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqset keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, əməliyyat sürətləndirilir və regiona əlavə Amerika qırıcıları, eləcə də bombardmançı təyyarələr yerləşdirilir.

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn isə öz növbəsində bildirib ki, Amerika ordusu zərbələri İran ərazisinin daha böyük dərinliklərinə yönəldəcək.

***

17:39

İran Hərbi Dəniz Qüvvələrinin əsas hərbi gəmisi Bəsrə körfəzində ABŞ sualtı gəmisi tərəfindən torpeda ilə vurulub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında bildirib.

“Dünən Hind okeanında Amerika sualtı gəmisi beynəlxalq sularda təhlükəsiz olduğuna inanan İran hərbi gəmisini batırıb. Gəmi torpedo ilə vurulub. Bu, İkinci Dünya müharibəsindən bəri düşmən gəmisinin torpeda ilə ilk batırılması hadisəsidir”, - o qeyd edib.

***

17:27

ABŞ müdafiə naziri Pit Heset bəyan edib ki, Amerika Hərbi Hava Qüvvələri İranın daha dərin hissələrinə zərbələr endirməyə başlayıb.

***

17:03

İsrail Hərbi Hava Qüvvələri Tehranın Mehrabad Beynəlxalq Hava Limanına hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Açıqlamada deyilir ki, hücum müdafiə və kəşfiyyat sistemlərini zərərsizləşdirmək üçün edilib. İsrail tərəfinin fikrincə, bu sistemlər Hərbi Hava Qüvvələrinin təyyarələri üçün təhlükə yaradıb.

***

16:18

“Tasnim”in məlumatına görə, İran hakimiyyətinə qarşı çıxan kürd qruplarının bazaları və qərargahlarına SEPAH tərəfindən raket zərbələri endirilib.

***

16:00

İran Şəhidləri və Veteranları Fondunun məlumatına görə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1045 nəfərə çatıb.​

***

15:50

Tehranda SEPAH üzvlərinin yaşayış yeri – Borucerdiyə hava zərbələri endirilib.

***

15:30

Qum şəhərində SEPAH-ın hərbi qərargahı darmadağın edilib.

***

15:25

İranın paytaxtına endirilən zərbələr nəticəsində diplomatik polisin binası tamamilə dağılıb və ətrafdakı binalara da ciddi ziyan dəyib.

***

15:16

Təbrizdə polis məntəqəsi hava zərbəsi ilə dağıdılıb.

***

14:52

Təbriz şəhərinə hava hücumu və partlayışlar barədə məlumat yayılıb.

***

14:23

İsrail Hərbi Hava Qüvvələri tərəfindən Urmiyada polis bölmələri, SEPAH-ın kəşfiyyat mərkəzləri və “Bəsic” bazalarına hava zərbələri endirilib.

***

13:58

“Bəsic” qüvvələrinin Tehranın qərbində yerləşən bazası darmadağın edilib. Həmçinin, Tehranın şərqində Borucerdi şəhərinin İsrail döyüş təyyarələri tərəfindən hədəfə alındığı bildirilib.

İsfahanda İran ordusunun “Qədr” raket anbarı hədəfə alınıb.

Qəzvin şəhərində də partlayışlar baş verib.

***

13:05

Kirmanda İran ordusunun sursat anbarı hədəfə alınıb. Obyektin PUA-larla vurulduğu bildirilib.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi Tehran üzərində İrana məxsus “Yak-130” qırıcı təyyarəsini vurub.

Kirmanşahda neft yatağı ətrafında partlayış baş verib.

***

12:59

Tehran yenidən hava hücumuna məruz qalıb. “Bəsic” qüvvələrinin paytaxtdakı obyektlərinə zərbələr endirilib.

İran Hərbi Hava Qüvvələrinin Şirazdakı bazası da bombardman edilib.

***

12:04

İsrail Müdafiə Qüvvələri Tehranda İran hökumətinin infrastrukturuna qarşı genişmiqyaslı hücum dalğasına başlayıb.

Tehranla yanaşı, Kərəcdə də qırıcı təyyarələrin uçuşu və çoxsaylı partlayışlar barədə məlumat verilib.

***

11:52

İsrail Hərbi Hava Qüvvələri Urmiya şəhərinə zərbələr endirib.

Eyni vaxtda paytaxt Tehrana da hücumun olduğu bildirilib. ISNA paytaxtın şərqində güclü partlayışın baş verdiyini yazıb.

***

11:15

İrana davam edən hava hücumları fonunda paytaxt Tehran, Şiraz və İsfahanda partlayışlar baş verib.

***

11:12

İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah şəhərinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.
Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü