“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində - Fotolar

“AS Group”un törəmə şirkəti olan “AS İnşaat” MMC tərəfindən inşa edilmiş “Ağıllı kənd” layihəsi olan Zəngilan rayonunun Ağalı kəndi Avropanın ən böyük çoxdilli beynəlxalq xəbər media qurumlarından biri olan “Euronews” tərəfindən işıqlandırılan yaşayış məntəqələrindən biri olub.
“Dialoq.az ” Qafqazinfo-ya istinadən xəbər
verir ki, “Euronews” “Smart urban recovery transforms Karabakh and East Zangazur” (“Ağıllı yenidənqurma Qarabağ və Şərqi Zəngəzuru transformasiya edir”) başlıqlı videoçarx hazırlayaraq regionda həyata keçirilən post-münaqişə bərpa prosesini beynəlxalq auditoriyaya təqdim edib. Videoçarx Dünya Şəhərsalma Forumu 2026 (WUF13) əməkdaşlığı çərçivəsində hazırlanıb.
Hazırlanan material “Euronews” tərəfindən rəsmi xəbər formatında həm Euronews.com saytında, həm də media qurumunun müxtəlif dillərdəki platformalarında yayımlanıb. Daha sonra video məzmun “YouTube” və “Dailymotion” kimi beynəlxalq rəqəmsal platformalarda paylaşılaraq geniş izləyici auditoriyasına çatdırılıb.
Videoçarxda Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinin ənənəvi tikinti modelindən kənara çıxaraq müasir və ağıllı şəhərsalma strategiyaları əsasında həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, bölgədə reallaşdırılan layihələr sadəcə fiziki yenidənqurma ilə məhdudlaşmır, eyni zamanda ağıllı kənd və yaşayış məntəqələrinin yaradılması, dayanıqlı mənzil konsepsiyasının tətbiqi, enerji səmərəliliyi və rəqəmsal xidmətlərin inteqrasiyası, tarixi və mədəni irsin qorunması kimi çoxşaxəli komponentləri özündə birləşdirir.
“Euronews” süjetində bir sıra yaşayış məntəqələri ilə yanaşı, Ağalı kəndi də ağıllı kənd modelinin praktik nümunələrindən biri kimi təqdim olunub. Videomaterialda bərpa olunan enerji sistemləri, dayanıqlı şəhərsalma planlaşdırması, innovativ memarlıq həlləri və müasir sosial infrastruktur elementləri xüsusi diqqətə çatdırılıb.
Eyni zamanda vurğulanıb ki, bu yanaşma yalnız yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etmir, həm də kənd təsərrüfatı və yerli iqtisadi fəaliyyət üçün yeni imkanlar yaradır, regionun sosial strukturunu daha rəqəmsal, adaptiv və dayanıqlı formaya gətirir.
Qeyd edək ki, Ağalı kəndi “AS İnşaat” MMC tərəfindən cəmi 11 ay kimi qısa müddət ərzində inşa olunub və Qarabağda tətbiq edilən ağıllı kənd konsepsiyasının ilk real nümunələrindən biri hesab edilir.

.

Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü