Mətbuat Şurasının Azərbaycan Televiziyasının 70 illiyi ilə bağlı təbriki

Bu barədə yazıçı, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid özünün rəsmi Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 70 il ötür. Bu əlamətdar yubiley münasibəti ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin fədakar kollektivinin hər bir üzvünü təbrik edir, 70 il əvvəl əsası qoyulmuş ənənələrə sadiqlikdən məmnunluğumuzu bildiririk.
Azərbaycan Televiziyası respublikamızın ötən 70 ildəki tarixinin şahidi olmaqla yanaşı, bu tarixin şanlı səhifələrinin yazılmasında bilavasitə iştirak edib. Yüksək peşəkarlığa, özünəməxsus efir mədəniyyətinə əsaslanmış bu iştirakçılıq mavi ekranın milyonların qəlbinə yol tapmasını şərtləndirib. Son dərəcə müstəsna ictimai məzmun daşıyan belə bir missiya televiziya mühitimizi intellektual məkana, ziyalı sözünün möhtəşəm tribunası çevirib.
O tribunaya ki, həm də Azərbaycanın azadlığı ideyasını qürurla daşıyıb və onun reallaşmasına əvəzsiz jurnalist dəstəyini göstərib.
Azərbaycan Televiziyasının peşəkar dəst-xətti müstəqil respublikamızda hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsinə göstərilən töhfənin bənzərsiz nümunəsidir. Bu nümunənin özü də bir ənənədir.
Tam qətiyyətlə demək olar ki, AZTV həm də öz ənənəsini yaradan media orqanıdır. Elə bir ənənə ki, ümumən ölkəmizin televiziya məkanının hər guşəsində onun müxtəlif təzahürləri var. Ona görə də 70 illik yubiley bütövlükdə bu məkanda fəaliyyət göstərən şəxslərinin hər birinin bayramıdır və onlara təşəkkür duyğularımız sonsuzdur.
Azərbaycan Televiziyasının hazırkı fəaliyyəti ana dilimizin saflığının qorunmasının misilsiz praktik örnəyidir. Onun hər veriliş və proqramları bu dəst-xəttin çoxsaylı göstəriciləri ilə zəngindir. AZTV, eyni zamanda, müasir informasiya texnologiyalarının tətbiq platformasının, dövrün tələblərinə uyğunlaşmanın, keçmişlə müasirlik arasındakı vəhdətin uğurlu modelidir.
Bütün bunlar, həmçinin, yayım siyasətini yeni texnologiyalar əsasında qurma öncüllüyü AZTV-ni nəinki ölkəmizdə, ümumən dünyada populyar media orqanına, daim dəyişən və inkişaf edən Azərbaycanla bağlı etibarlı informasiya mənbəyinə çevirib.
Əməli fəaliyyəti ilə əsl telejurnalistika məktəbi adını daşıyan Azərbaycan Televiziyasının rəhbərliyini və əməkdaşlarını bir daha təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırır, 70 illik yubiley sevincinin yeni uğurlara vəsilə olmasını diləyirik".
Dialoq.az
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü
