Mingəçevirdə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” keçirildi.VİDEO
Gündəm / Sosial
Oxunub: 124
14 Şub 2026 | 00:47
Mingəçevirdə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” keçirildi.VİDEO
13 fevral 2026-cı ilin tarixində Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” keçirilib.

Dialoq.az xəbər verir ki,forum Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ali təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, 29 universitetin mütəxəssisləri və 24-dən çox şirkət və təşkilat iştirak edib.

Forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet–sənaye əməkdaşlığı sahəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdən Öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Ardınca şirkət, təşkilat və keyfiyyət sahəsində peşəkarlaşmış qurumların stendlərinə baxış keçirilib. Nümayəndələr forum iştirakçılarına öz fəaliyyətləri barədə məlumat veriblər.
Forum Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Forumun tanıtım və xarici universitetlərin təbrik videoçarxları nümayiş etdirilib.
Forumun açılış nitqini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov edib. O, açılış nitqində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə ali təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib.

Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək forumun keçirilməsinin universitetin keyfiyyət, dayanıqlılıq və innovasiya istiqamətində apardığı sistemli islahatların məntiqi davamı olduğunu bildirib.

Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə belə irihəcmli və əhatəli keyfiyyət forumunun keçirilməsini təqdirəlayiq addım kimi qiymətləndirib. O, forumun ali təhsil müəssisələri arasında keyfiyyət mədəniyyətinin təşviqi, dayanıqlı inkişaf yanaşmalarının tətbiqi və innovativ təcrübələrin paylaşılması baxımından mühüm platforma olduğunu vurğulayıb.

Dədbirin davamında Azərbaycan Texniki Universitetinin rektoru, prof. Vilayət Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov və digər qonaqlar iştirak ediblər.

Dialoq.az
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Keçid et
25-09-2026, 13:25
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 13:07
53 yaşlı kişinin meyiti su arxında aşkar edilib-VİDEO
24-09-2026, 18:40
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə
23-09-2026, 00:19
“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı
23-09-2026, 00:16
Yolu keçmək istəyərkən maşın vurub öldürdü
21-09-2026, 10:11
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
20-09-2026, 16:29
MDU-nun tələbələri Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçiriblər. - FOTOLAR
20-09-2026, 16:08
Ağdamda Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı keçirilib -FOTOLAR
19-09-2026, 04:32
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub
19-09-2026, 04:26
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür
18-09-2026, 01:20
Milli Musiqi Günüdür
18-09-2026, 01:12
Naftalanda Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı
17-09-2026, 20:04
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq”
17-09-2026, 15:47
“72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb”
16-09-2026, 22:37
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
16-09-2026, 17:33
Yevlaxda iki avtomobil toqquşub-FOTOLAR
15-09-2026, 14:28
Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
15-09-2026, 09:09
124 min uşaq üçün ilk zəng çalınır
14-09-2026, 21:09
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
14-09-2026, 21:03
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər - Qarşısı alındı
14-09-2026, 21:00
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
14-09-2026, 20:00
Yevlaxda məkdəblər necə başlayır?
13-09-2026, 23:21
Gəncədə iki nəfər bıçaqlanıb
13-09-2026, 23:18
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
12-09-2026, 00:42
Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu
12-09-2026, 00:36
Yevlaxda qamışlıq ərazidə yanğın qeydə alınıb
10-09-2026, 23:53
Ağdaşda 60 yaşlı kişini tok vurub öldürdü